Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Siyasət (6-04-2017, 15:14)
"Azərbaycan İsrail üçün nadir tərəfdaşdır" - Səfir

"İsrail və Azərbaycan arasındakı münasibətlər strateji və əhəmiyyətli münasibətlərdir. Azərbaycan İsrail üçün nadir tərəfdaşdır" 

Mediatv.az:  Bu fikri İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, Azərbaycan-İsrail əlaqələri yalnız 1991-ci ildən başlamır. Yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar, onlar Azərbaycanın bir hissəsidirlər. İsrail və Azərbaycan multikultural dəyərlərə malikdir. Hər iki ölkə müxtəlif dinin nümayəndələrinə tolerant yanaşır. Azərbaycan bu baxımdan unikal modeldir. Fərqli dinlərə malik insanlar burada dinc şəraitdə yaşayırlar. İsrail ilə Azərbaycan arasında energetika sahəsində çox gözəl münasibətlər var. Azərbaycan İsrail üçün etibarlı neft təminatçısıdır. İsrail TAP və TANAP layihələrində iştirak etməkdə maraqlıdır.

Səfir Azərbaycanın və İsrailin qeyri-neft sektorunda da əlaqələrinin inkişaf etdiyini deyib. O vurğulayıb ki, iki ölkənin liderləri arasında çox yaxşı anlaşma var. Siyasi münasibətlərimiz yüksək səviyyədədir. Əlaqələr ölkələrin müxtəlif regionları arasında da inkişaf etdirilir.

Diplomat iki ölkə arasında ticarət dövriyyəsinin müdafiə və energetika sahəsini çıxmaqla, ötən il 260 milyon dollar təşkil etdiyini bildirib. O, bu rəqəmin cari il artacağına ümid etdiklərini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Dan Stav İsrailin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, problemin sülh yolu ilə həllini dəstəklədiklərini söyləyib. (Azərtac)


Reklam
Xəbər lenti
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
19 09 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı