Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-04-2017, 16:11)
"Qarabağla bağlı mövqeyimiz dəyişməzdir" - İsrail XİN

Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə direktoru Alon Uşpizin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mediatv.az-a XİN-dən verilən məlumata görə, X.Xələfov iki dövlət arasında münasibətlərin inkişafından məmnunluq ifadə edərək, siyasi dialoqun əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını bildirdi. Bu xüsusda, Baş nazir Benjamin Netanyahunun 2016-ci ilin sonunda Azərbaycana səfərinin münasibətlərin dərinləşməsinə təkan verməklə yanaşı, müqavilə-hüquq bazası, iqtisadi, humanitar, hərbi-texniki kimi əməkdaşlıq sahələrinin də genişləndirilməsi üçün çoxsaylı yeni imkanlar açdığını qeyd etdi. X.Xələfov həmçinin iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafından məmnunluq ifadə edərək, bu istiqamətdə qarşılıqlı fəaliyyətlərin davam etdiriləcəyini vurğuladı.

X.Xələfov Azərbaycan Hökuməti tərəfindən iqtisadi sahədə aparılmış islahatlar çərçivəsində İsraili təmsil edən şirkətlərin iştirakının məmnunluq doğurduğunu bildirdi. İsraillə həmçinin kənd təsərrüfatı, bərpa olunan enerji, turizm sektorları üzrə əməkdaşlığın geniş imkanlar vəd etdiyini qeyd etdi. Xüsusilə kənd təsərrüfatı sahəsində həyata keçirilən stimulverici layihələrə yeni texnologiyaların cəlb edilməsinin prioritetlərdən olduğunu bildirən X.Xələfov bu sahədə İsrailin təcrübəsinin öyrənilməsinin faydalı olacağını vurğuladı.

Səmimi qəbula görə təşəkkürünü bildirən A.Uşpiz İsrail və Azərbaycan arasında tərəfdaşlığın strateji xarakterdən də üst səviyyədə olduğunu vurğuladı və bunun xalqlar arasında tarixən formalaşmış dost münasibətlər, təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq, xüsusilə də iki dövlətin siyasi liderləri arasında şəxsi əlaqələrin təzahürü olduğunu əlavə etdi.
A.Uşpiz iki ölkə arasında ticarət dövriyyəsinin artan tempinin məmnunluq doğurduğunu bildirərək, ikitərfli Birgə Komissiyanın bu istiqamətdə müzakirə və fikir mübadiləsinin aparılmasında mühüm platforma kimi çıxış edəcəyinə əminliyini ifadə etdi. A. Uşpiz İsrailin Azərbaycanla münasibətlərin bütün sahələri üzrə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu əlavə etdi.

X.Xələfov Cənubi Qafqaz regionunda interqrasiya və inkişafına başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barəsində ətraflı məlumat verərək, 2016-cı ilin aprel döyüşlərinin Ermənistanın işğalçılıq niyyətindən hələ də əl çəkmədiyini və yeni ərazilərin işğalına və qaçqın və məcburi köçkün ordusunun yaranmasına səy göstərdiyinin göstəricisi olduğunu bildirdi.
A.Uşpiz Ermənistan-Azərbaycan münaqişəsinə dair İsrailin mövqeyinin dəyişməz olduğunu və İsrailin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024