Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-03-2017, 14:45)
Qarabağ ermənilərinin əksəriyyəti məcburən erməniləşdirilib - RUSİYALI JURNALİST

trend_conference_140317_02

 

Qarabağ xristianlarının əhəmiyyətli hissəsi məcburi olaraq erməniləşdirilib.

Mediatv.az-ın məlumalına görə, bunu “Rusiyanın cənubunun təhlili” dövri nəşriyyatının baş redaktoru Yevgeni Mixaylov bu gün Bakıda “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O qeyd edib ki, SSRİ-nin dağılması və Ermənistanın Azərbaycan ərazilərinə soxularaq torpaqları işğal etməsi səbəbindən başlayan Dağlıq Qarabağ münaqişəsinin yenicə gündəmə gəldiyi vaxtlarda Rusiyanın cənubunda hər yerdə haradan gəldikləri bəlli olmayan güclü erməni cinayətkar dəstələri özünü göstərməyə başladı:

“Ekspertlərin fikrincə, bu, 1990-cı illərdə erməni əhalisinin Ermənistandan və Azərbaycanın keçmiş Dağlıq Qarabağ muxtar vilayətindən kütləvi köçürülməsi ilə bilavasitə əlaqəli idi. Rusiyada onlar korrupsiyaya uğramış yerli hakimiyyət orqanlarına maliyyə yatırımı və rüşvət təklif edərək əhalinin kifayət qədər nəzərəçarpan təbəqəsinə çevrildilər. Onlar burada başqa xalqlarla sülh şəraitində yaşayan və “qədim xalq” adına iddialı olmayan yerli ermənilərin tarixi irsinə məhəl qoymurdular. İmmiqrantlar öz yerli həmvətənlərini adam yerinə qoymurdular. Mən dəfələrlə onların necə açıq-aşkar təhqir etdiklərinin, ikinci növ adlandırdıqlarının şahidi olmuşam.“Böyük Ermənistan”a xəyanət etdikləri iddiaları ilə onları alçaldırdılar. Ən maraqlısı odur ki, yerli ermənilər uzun illər ərzində Eçmiədzin kilsəsi vasitəsilə məcburi erməniləşdirməyə məruz qalan etnik olaraq başqa xalqdır. Mənim üçün əsas kəşf etdiyim o oldu ki, yerli ermənilər qədim qıpçaqların birbaşa davamçılarıdır və ermənilərin güclü təbliğatına görə bu barədə Rusiyada çoxları bilmir”.

Baş redaktor bildirib ki, həmin qıpçaqların nəslindən olan rostovlu tədqiqatçı Eduard Vartanov artıq uzun illərdir Don vilayəti və qonşu rayonların “erməni-qıpçaqları”nın irsini və onların deetnikləşdirilməsi prosesini, yəni məcburi olaraq etnik erməniyə çevrilmələrini araşdırır:

“Burada, həmçinin Qarabağ xristianlarının mədəni-tarixi və mənəvi irsinin qorunub saxlanmasına çağıran ukraynalı tədqiqatçı, Qarabağ ermənilərindən olan Artur Ağacanovun rolunu da qeyd etmək lazımdır. A.Ağacanov saysız-hesabsız mənbə və faktlara əsaslanaraq sübut edir ki, Qarabağ xristianlarının əhəmiyyətli hissəsi xristian dünyasının ən qədim kilsələrindən biri olan Alban Avtokefal Kilsəsinin ləğvindən sonra məcburi olaraq Eçmiədzin kilsəsi vasitəsilə erməniləşdirilib. Qarabağ ermənilərinin əhəmiyyətli hissəsi qıpçaq, udin və digər xalqlar olub, lakin onlar məcburi olaraq etnik ermənilərin sırasına daxil edilib. Qarabağ, həmçinin Rostov, Stavropol, Krasnodar, Don və digər regionlardakı münaqişələrin səbəblərindən biri məcburən erməniləşdirmə və “Böyük Ermənistan” haqqında erməni tarixi konsepsiyasının təbliğatıdır”.

Y.Mixaylov deyib ki, bütün bu tarixi faktlar dünya ictimaiyyəti tərəfindən diqqətlə qiymətləndirilməlidir.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024