Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-03-2017, 18:25)
Çavuşoğlu beynəlxalq təşkilatlara şikayət etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hollandiya hökumətinin onu ölkəyə buraxmaması ilə bağlı qərarından beynəlxalq qurumlara şikayət edib.

Mediatv.az:   Türkiyə KİV-ləri xəbər verir ki, Çavuşoğlu Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Duncan, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt və digər beynəlxalq təşkilartların rəhbərləri ilə telefon əlaqəsi saxlaylıb. XİN rəhbəri onları hazırkı vəziyyətlə bağlı məlumatlandırıb.

Çavuşoğlu Hollaniyanın yalnış addım atdığını, buna görə Türkiyənin qarşısında cavab verəcəyini bildirib.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə isə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib ki, "Niderland hakimiyyəti Türkiyədən yazılı üzr istəməlidir".

M. Çavuşoğlu deyib ki, ilk addım olaraq Niderlandın Türkiyədəki səfirinə Türkiyəyə dönməməsi tapşırılıb. Türkiyə xarici işlər naziri Niderlandla bağlı müvafiq cavab addımları atılacağını da vurğulayıb: "Üzür istəmək də yetərli deyil. Müvafiq cavab addımları atılacaq".

Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları konstitusiyaya dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı. Lakin Hollandiya hökuməti Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiyanın bu addımından sonra iki ölkə arasında diplomatik qalmaqal yaşanır.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024