Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-02-2017, 17:11)
"İran agentləri Azərbaycanda təxribat hazırlayır" - SENSASİON İDDİA

 

 

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici məsələlər üzrə komitəsinin sədri, respublikaçı Ed Roys “Israel Project” (İsrail layihəsi) adlı forumda İranın Azərbaycanın daxili işlərinə qarışması barədə bəyanatlar səsləndirib. 

Mediatv.az xəbər verir ki, bu barədə komitənin rəsmi saytında (foreignaffairs.house.gov) məlumat yerləşdirilib. 

Ed Roys İranın bu yaxınlarda ballistik raketlərini sınaqdan keçirməsini xatırladıb. O, qeyd edib ki, bu, BMT-nin Təhlükəsizlik Şurasının 221-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Ed Roys ABŞ Administrasiyasından İran rejiminə bu addımların cavabsız qalmayacağı barədə xəbərdarlıq etməsini istəyib.

Daha sonra amerikalı diplomat İranın yaratdığı digər təhlükələrdən danışıb: “İran İnqilabı Keşikçilər Korpusu regionun sabitliyi üçün təhlükədir və ona qarşı sanksiya tətbiq olunmalıdır”. 

Roys İranın Azərbaycanda siyasi təxribat hazırladığını söyləyib. Onun sözlərinə görə, İran agentləri Azərbaycana daxil olub, kəndlərdəki insanlara təsir edir. “İran agentləri “siz niyə dünyəvi dövləti dəstəkləyirsiniz? Siz axı şiəsiniz” kimi çağırışlar edirlər“

Amerikalı siyasətçi əlavə edib ki, İranın İnqilabı Keşikçilər Korpusu məhz bu işlə məşğuldur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024