Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-02-2017, 22:15)
“Bloger olmaq heç kimə qanunları pozmaq üçün əsas vermir” – Azərbaycan XİN

xin-xin

“Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədlərini pozaraq qanunsuz şəkildə işğal olunmuş ərazilərə səfər edib”.

Mediatv.az:   “Report”un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, A.Lapşin bununla bağlı vətəndaşlığını daşıdığı ölkələrin xarici siyasət idarələrinin xüsusi xəbərdarlığına da məhəl qoymayıb: “Adının “arzuolunmaz şəxslər” siyahısında olduğunu bilərək başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini özü etiraf edib. A.Lapşinin əməllərində kifayət qədər cinayət tərkibli elementlərin olduğuna görə onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılıb və İnterpol xətti ilə beynəlxalq axtarışa verilib”.
H.Hacıyev bildirib ki, bloger və ya jurnalist olmaq heç kimə qanunları pozmaq üçün əsas və ya toxunulmazlıq vermir: “Ona görə də bu məsələni siyasiləşdirmək və ya ona “söz azadlığı” donu geyindirmək cəhdləri tamamilə yanlışdır. Sırf hüquqi müstəvidə olan bu məsələ ətrafında yaradılmış əsassız səs-küy və diskussiya tamamilə başadüşülən deyil. Azərbaycan MDB çərçivəsində mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov Konvensiyası əsasında Belarusda saxlanılmış A.Lapşinin ekstradisiyası üçün müvafiq hüquqi addımları atıb. Bu məsələdə Ermənistanın əsassız və gülünc canfəşanlığı və mövzunu siyasiləşdirmək cəhdləri əslində Ermənistanın güddüyü çirkin məqsədlərini ifşa edir. Ermənistan əcnəbi vətəndaşları aldatma və digər yollarla işğal olunmuş Azərbaycan ərazilərinə səfərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğat oyunlarının alətinə çevirməyə çalışır”.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024