Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-02-2017, 20:16)
Siyavuş Novruzova müəmmalı gecə zəngləri - “Ərəb baharı” ilə nə əlaqəsi?

siyavus

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov gecələr xarici ölkələrdən ona gələn zəngləri “Ərəb baharı” ilə əlaqələndirməsinə aydınlıq gətirib.

Mediatv.az xəbər verir ki, S.Novruzov “Report”a açıqlamasında deyib ki, “Ərəb” baharı”nda da belə hallar olub. O bildirib ki, mobil telefon vasitəsilə müxtəlif kütləni idarə edirlər: “Bu məsələ ilə bağlı xarici ölkələrin təcrübəsini öyrənmişik. Bunun qarşısı alınmalıdır. Bu tendensiyanın təhlükəli olduğunu düşünürəm. İstənilən zəngin mənbəyini öyrənmək lazımdır ki, kim və haradan zəng edir? Bu, xarici ölkələrdən gələn qeyri-müəyyən zənglərdir. Araşdırılmalıdır ki, bu zənglər nə səbəbə edilir? Gecəyarısı niyə zəng edilsin ki? Bunlar şübhə yaradır. Ona görə də aidiyyatı qurumlar bu məsələni aydınlaşdırmalıdır”.

 

S.Novruzov bu məsələ ilə bağlı digəri ehtimallarını da bölüşüb: “Ola bilər, bəziləri danışıq konturu oğurlamağa çalışır. Bəlkə də məqsəd başqadır. Bir müddət əvvəl, erməniləri öyrədirdilər ki, müxtəlif adamlara zəng etsinlər, sonra da desinlər, ermənilərlə işbirliyindədir. Yəni, müxtəlif təxribatlar ola bilər. Bir çox siyasətçilərə də belə zənglər gəlir, onlar mənim Milli Məclisin fevralın 2-də keçirilən plenar iclasında çıxışımdan sonra əlaqə saxladılar, narahat olduqlarını dedilər. Bildirdilər ki, onlara da müxtəlif ölkələrə məxsus nömrələrdən zənglər gəlir”.

YAP rəsmisi daxil olan zənglərin araşdırılması üçün aidiyyatı dövlət qurumlarına müraciət edib.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024