Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-02-2017, 13:10)
"Bu komandanın fəaliyyəti nəticəsində Azərbaycan belə inkişaf edib" - Siyavuş Novruzov

siyavush_novruzovb

“Hələ də bir sıra siyasi partiyalar maliyyə hesabatları vermir. Baxmayaraq ki, onların kifayət qədər cangüdənləri, maşınları var”.
Mediatv.az:  APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etmək lazımdır: “Bir məsələni də qeyd etmək istəyirəm. Axşamlar xaricdən telefonlarımıza zənglər gəlir. İnformasiya təhlükəsizliyi məsələsinə görə bunun araşdırılmasına ehtiyac var. Ziyafət Əsgərovdan komitə sədri kimi xahiş edirik ki, bu məsələ araşdırılsın”.

S. Novruzov Milli Məclisin işləməməsi ilə bağlı fikirlərin yanlış olduğunu da söyləyib: “Biz qanunlar qəbul edirik. Nə edək, taxta-şalban daşıyaq? Yaxud bəziləri deyir ki, prezidentin komandası dəyişməlidir. Bu komandanın fəaliyyəti nəticəsində Azərbaycan belə inkişaf edib. Digər tərəfdən, komanda üzvlərini prezident təyin edir. Bəziləri yaddan çıxarır ki, biz parlamentli yox, prezidentli respublikayıq. Dövlət başçısı komanda üzvlərini təyin edir. Hətta korrupsiya və rüşvətxorluqla bağlı bəzi yüksək vəzifəli şəxslər həbs edilir. Hansısa vəzifəli şəxs kiminsə xahişini yerinə yetirmirsə, belə çıxışlar etmək lazımdır. Hər kəs oturduğu stula hörmət etsin”.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024