Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-01-2017, 21:13)
“Anar Həsənov ağzının danışığını bilməyib…” – DEPUTAT

araz_debat_9

“Lider TV-nin Moskva üzrə müxbiri Anar Həsənov ağzının danışığını bilməyib və onu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransına göndərən adamlar da cəzalandırılmalıdır. O, iki siyasi səhv buraxıb”.

Mediatv.az:   Bu fikirləri Unikal.org-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri , deputat Araz Əlizadə bildirib. O, deyib ki, ağzının danışığını bilməyən adamlara jurnalistikada yer yoxdur: “Ağıllı adam Lavrova belə sual verər? Sən hələ olmamış hadisə haqqında fövqəldövlətin Xarici İşlər nazirinə sual verirsən ki, “bu məsələyə sən göz yumacaqsan”. Bu o deməkdir ki, Azərbaycan haqsız iş görəcək və Rusiya göz yummalıdır, və ya Azərbaycanın daxili işinə qarışacaqsan. Jurnalist siyasi səhvə yol verib. Onu ora göndərən adamlar da cəzalandırılmalıdır”.

A.Əlizadə vurğulayıb ki, o, Anarın yerində olsaydı Lavrova başqa sual verərdi: “Mən Lavrova belə sual ünvanlayardım. Siz deyirsizniz ki, BMT nizamnaməsi çərçivəsində hər şeyə nail olunmalıdır. BMT-nin 51-ci maddəsində icazə verilir ki, müharibə yolu ilə bu problem həll edilsin. Siz BMT nizamnaməsinin əleyhinəsiniz? Bu zaman Lavrov çıxılmaz vəziyyətə düşəcəkdi. Yoxsa o deyəcək ki, mən BMT-nin nizamnaməsini qəbul etmirəm? Ya deyəcək ki, Azərbaycanlıların gözü qaradır onlara icazə vermirik?”.

Xatırladaq ki, Lider TV-nin Moskva üzrə müxbiri Anar Həsənov Rusiyanın xarici işlər naziri Sergey Lavrova “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?” sualını verib. Lavrov isə “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” cavabını verib.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024