Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-01-2017, 16:11)
"Azərbaycanla Rusiyanın arasını vurmaq istəyirlər" - Sabiq XİN rəhbəri

“Rusiyadakı ermənipərəst qüvvələr və erməni lobbisi Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışır”

 

Mediatv.az xəbər verir ki, bunu AzVision.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Ermənistan prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağın taleyini heç kim - nə Ermənistan, nə də Azərbaycan həll etmək hüququna malik deyil”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirən Tofiq Zülfüqarov hesab edir ki, onun bu açıqlaması Dağlıq Qarabağ ermənilərini danışıqlar prosesinə cəlb etmək niyətindən qaynaqlanır: 

“Dağlıq Qarabağda həm azərbaycanlılar, həm ermənilər yaşayırdı. Etnik təmizləmələrdən sonra Dağlıq Qarabağ ermənilərdən ibarətdir. İndi Sarkisyan demək istəyir ki, qondarma “Dağlıq Qarabağ Respublikası” münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda tərəf olsun. O, belə hesab edir ki, “Dağlıq Qarabağ Respublikası” ermənilərdən ibarətdir və qondarma rejim formalaşmış bir dövlətdir. Ona görə də beynəlxalq ictimaiyyət tərəfindən tanınmış dövlətlər kimi həm öz müqəddəratını həll etsin, həm də danışıqlarda bərabər tərəf kimi iştirak etsin. Əslində, bu təzə ideya deyil. Ermənistan daim bundan istifadə edib və etməkdə də davam edir”.

Sarkisyana cəsarət verən qüvvəyə gəlincə, sabiq XİN rəhbəri daha maraqlı məqama diqqət çəkib. T.Zülfüqarov vurğulayıb ki, Rusiyadakı ermənipərəst qüvvələr və erməni lobbisi Rusiya-Azərbaycan münasibətlərini korlamağa çalışır: “Rusiyada ermənipərəst qruplaşmalar var. Onlar narahatdırlar ki, Rusiya-Türkiyə əlaqələri inkişaf edir və əməkdaşlıq güclənir. Halbuki onlar istəyirdilər ki, Rusiya-Türkiyə münasibətləri gərgin olaraq qalsın. Bu alınmadı. Ona görə indi çalışırlar ki, Rusiya-Azərbaycan əlaqlərinə zərbə endirsinlər. Həmin qüvvələr Azərbaycan tərəfini provakasiyaya çəkməyə çalışırlar. İstəyirlər ki, Rusiya-Azərbaycan əlaqələri pozulsun. Bunun üçün ermənipərəst qüvvələr təxribat dolu bəyanatlar verirlər. Məqsəd odur ki, Azərbaycan tərəfi təxribata uysun və bunun əsasında iki ölkə arasındakı əlaqələr pozulsun.

Əgər Rusiya-Azərbaycan əlaqələrinin mahiyyətinə baxsaq görərik ki, nə Rusiya, nə də Azərbaycan bu münasibətlərin korlanmasında maraqlıdır. Bu, ermənipərəst dairələrin birinci cəhdi deyil. Hesab edirəm ki, bu cür cəhdləri Azərbaycan tərəfi ifşa etməlidir”.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024