Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (14-01-2017, 09:23)
Politoloq: "Əgər danışıqlar sistemi baş tutmasa, müharibədən başqa variant qalmır”

Qabil

Rusiya məsuliyyəti tərəflərin üzərinə atır, ancaq Ermənistan tərəfi hər vəchlə siyasi təxribatlara hazırlaşır.

Mediatv.az xəbər verir ki, bu sözləri  sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun qənaətinə görə, danışıqlar prosesinin dondurulmasında və münaqişənin həll edilməməsində Rusiyanın mövqeyi həlledici rol oynayır:

“Rusiya son zamanlar qəribə bir əda nümayiş etdirir. Ancaq böyük dövlətlər bölgədə müharibənin baş verməsini istəmirlər və onların bu istiqamətdə səylərini artırdığını görmək mümkündür. Çünki bütün tərəflər müharibə təhlükəsinin artdığını görürlər. Rusiya Ermənistanı istənilən vaxtı danışıqlara cəlb edə, yaxud da sülh prosesinə məcbur edə bilər. Moskva isə məsuliyyəti tərəflərin üzərinə atır, ancaq İrəvan hər vəchlə siyasi təxribatlara hazırlaşır. İş orasındadır ki, ATƏT-in də sülhyaratma prosesində səyləri zəifləyib. Görünür, Rusiyanın Avropa və ABŞ-a təzyiqləri, Qərbin və ABŞ-ın Suriya və Yaxın Şərqə yönəlməsi Cənubi Qafqaza olan diqqəti zəiflədir”.

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan ordusunun qüdrətini daha da artırmaqla məsələnin yüksək səviyyədə təmin olunmasına çalışır:

“Dağlıq Qarabağ məsələsi dondurularsa, Azərbaycan bunun beynəlxalq səviyyədə araşdırılmasına çalışacaq. Doğrudur, Azərbaycanla Rusiya arasında gizli diplomatik yolla danışıqların getdiyinə, Rusiyanın hər iki tərəfi sülhə məcbur etmək üçün xüsusi bir proqram hazırladığına dair fikirlər yayılır. Ancaq bunlar mətbuatda yazılanlardır, Rusiya rəsmiləri bu barədə susur. Əgər danışıqlar sistemi baş tutmasa, müharibədən başqa variant qalmır”.   (Axar.az)

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024