Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Siyasət (1-01-2017, 20:37)
İran Azərbaycana təhdidedici mesajlar verməkdədir - Politoloq

Məhəmməd Əsədullazadə

politoloq

Bir neçə müddətdir ki, İsrail baş nazirinin Azərbaycana səfəri İran mediasında və ictimai-siyasi sferada müzakirə olunmaqdadır. Və bu ölkənin rəsmi dairələrindən ölkəmiz əleyhinə sərt və tənqidi açıqlamalar verilməkdədir. Qeyd etmək lazımdır ki, İsrail-Azərbaycan əlaqələrinin inkişafı və genişləndirilməsi, qonşu İranı narahat etməməlidir. Hətta narahat edən məqam olsa da, bu Azərbaycanın müstəqil siyasətinə müdaxilə etməkdir. İran prezidenti Həsən Ruhaninin Azərbaycan ərazisinin bir hissəsini işğal edən Ermənistana səfəri, ən əsası işğalın müəlliflərindən, müsəlman azərbaycanlılara qarşı etnik bəşəri soyqırım törədən prezident Serj Sarkisyanla mehirbancasına görüşməsi, bizləri son dərəcə narahat etməkdədir. 

Çünki, İranın sözdə müsəlman həmrəyliyindən danışaraq, belə bir siyasət aparması, ikili standartın bariz nümunəsidir. Azərbaycan İran prezidentinin səfərinə rəsmi səviyyədə etiraz etmir və bu, onun daxili işi olduğunu bildirir. İran isə ən üst səviyyədə Azərbaycana təhdidedici mesajlar verməkdədir. Keçən həftə İran müdafiə nazirinin Rusiya mətbuatına müsahibəsində İsrailin ölkəmizlə əlaqəsini dolayi yolla İrana qarşı olduğunu vurğulaması və buna imkan verməyəcəklərini qeyd etməsi açıq-aşkar müstəqil bir dövlətin daxili işinə qarışması və şifahi hərbi təcavüzün nümunəsidir. 

Qeyd edim ki, Azərbaycan-İsrail əlaqələri üçüncü ölkəyə qarşı yönəlməyib. Yalnız Azərbaycanın iqtisadi, siyasi və hərbi- müdafiə qabiliyyətinin yüksəldilməsinə yönəlib. İran müdafiə nazirinin dedikləri, Azərbaycan cəmiyyətində bir mənalı qarşılanmadı. Haqlı olaraq, buna müxtəlif platformalarda cavablar verildi. Ən əsası isə, Milli Məclisdə deputat Qüdrət Həsənquluyevin İran haqqında qeyd etdiyi fikirlər, özünün subyektv və emosional fikri olsada burada o, müəyyən nüansları qeyd etməyib. Onun qeyd etdiyi kimi, İran Azərbaycana hücum etsə, İran parçalanar tezisi isə aşağıdakı kimi xarakterizə olunmalıdır. 

Birinci, İran cürət edib, hücum edə bilməz. İkinci, hücum edərsə, qarşısında Türkiyəni görməlidir. Həmçinin Cənubi Azərbaycanda 35 milyonluq bir xalqın müqaviməti ilə qarşılaşa bilər. Üçüncü, İranın xəritədən silinməsinə gəldikdə isə, görünür deputat İsrailin hücum taktikasını vurğulayır. Türkiyə və İsrailin İrana hücumu onun bir dövlət kimi varlığına son qoya bilər. 

Təbii ki, bunları biz arzulamırıq, regionda sülh və sabitliyin tərəfindəyik. Hazırda Ermənistanın ölkəmizə işğalı davam etdməkdə, danışıqlar prosesi dalana dirənib, belə bir situasiyada İran müdafiə nazirinin təhdid edici mesaji, depudatda haqlı narazılıq oyadıb.

 

 



Reklam
Xəbər lenti
Bu gün, 11:45
Bu gün, 11:34
Bu gün, 11:16
Bu gün, 10:48
Bu gün, 10:37
Bu gün, 10:15
Bu gün, 09:53
Bu gün, 09:49
Bu gün, 09:15
Dünən, 23:16
Dünən, 22:16
Dünən, 21:16
Dünən, 20:43
Dünən, 20:35
Dünən, 19:12
Dünən, 18:15
Dünən, 17:49
Dünən, 17:28
Dünən, 17:15
Dünən, 16:47
Dünən, 16:34
Dünən, 16:15
Dünən, 15:51
Dünən, 15:33
Dünən, 15:11
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı