Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-12-2016, 09:14)
Dünya güclərinin hədəfində olan iki lider: Putin və Ərdoğan

Dünya güclərinin hədəfində olan iki lider: Putin və Ərdoğan

 

Elxan Şahinoğlu: “Beynəlxalq birlik hər iki liderdən əlini üzüb”

 

 
Mediatv.az:   Hazırda dünya güclərinin əsas hədəfində olan iki lider var: Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır. Açıq şəkildə niyyətlərini büruzə verməsələr də, dünyanın əksər dövlət başçıları Rusiya və Türkiyədə yeni simaları rəhbərlikdə görmək istəyirlər. Amma reallıq budur ki, dünya bu iki liderə hələ ki, uduzur. 
 
Politoloq Elxan Şahinoğlu Putin və Ərdoğanı birləşdirən oxşar cəhətlərin çox olduğunu söylədi: “İkisi də təxminən eyni vaxtda hakimiyyətə gəliblər. Yeltsin Putini 1999-cu ildə baş nazir təyin  edib və o, bir ildən sonra hakimiyyətə gəlib. Hakimiyyəti gəldikləri ilk illərdə beynəlxalq aləmin bu iki liderə müəyyən ümidləri var idi. Ən çox da Ərdoğana. Çünki hakimiyyətə gələn kimi iqtisadi sıçrayış Türkiyədə oldu. Eyni ilə Rusiyada da oxşar proseslər getdi. Putinin hakimiyyətinin ilk illərində neftin qiyməti artdı və nəticədə Rusiya iqtisadiyyatı dirçəldi. Çeçenistana təcavüz olundu, qətliamlar törədildi, beynəlxalq aləmin reaksiyası da nəzərə alınmadı. 2001-ci il 11 sentyabrda Amerikada baş verən terrorda ilk dəstək də Putindən gəldi. Bu da Corc Buşun xoşuna gəldi və o, Putinə yaxınlaşdı. Hətta belə bir ifadəsi var idi ki, ”mən onun gözünə baxdım, ona inanmaq olar".
Amma zaman keçdikcə hər iki liderə qarşı beynəlxalq təzyiqlər artdı. Ərdoğanın avtoritarizmə meyllənməsi barədə fikirlər meydana çıxdı, siyasi sahələrdə islahatlar ləngidi, “kürd açılımı” dayandırıldı. Bunlar da beynəlxalq aləmin xoşuna gəlmədi. 15 iyuldan sonra da Ərdoğana qarşı münasibət daha da sərtləşdi. Həyata keçirilən həbslər pisləndi. Avropa İttifaqı da artıq ondan üz döndərib. Putinlə bağlı da eyni proseslər gedir. Rusiya Krımı işğal etməklə “qırmızı xətti” keçdi. 
Gürcüstanın parçalanmasına göz yuman Qərb Ukrayna məsələsini bağışlamadı. Nəticədə sanksiyalar meydana çıxdı. Bütün bunlardan sonra görürük ki, hər iki prezidentə qarşı ciddi təpkilər var. Amma buna baxmayaraq, onların ölkə daxilində reytinqləri yüksəkdir, xalq onları hər zaman dövlətin başına gətirir. Beynəlxalq aləm bu iki lideri uzaqlaşdırmağa çalışsa da, xalq onları xilas edir. Bu isə onu deməyə əsas verir ki, hələ bir müddət iki lider də hakimiyyət başında qalacaq. Beynəlxalq aləm artıq bu iki liderdən də yorulub. Təzyiqlər də əslində bununla əlaqədardır. 
Onların yürütdükləri siyasət də, şübhəsiz, səbəblərdən biridir. Deməzdim ki, Putin və Ərdoğana beynəlxalq birlik uduzur. Sadəcə, beynəlxalq aləm hər ikisindən daxili və xarici siyasətini dəyişməsini istəyir. Amma bunlar olmur və beynəlxalq birlik hər iki liderdən əlini üzüb. Tarixdə ilk dəfədir deyilir ki, Donald Trampın prezident seçilməsində Rusiyanın əli var. Suriyaya qoşun yeritməklə Rusiya Amerikaya meydan oxudu. Deyilirdi ki, ABŞ “rəngli inqilabı” Suriyada da etmək istəyirdi, lakin Putin imkan vermədi. 
Image result for Elxan Şahinoğlu
Burada həqiqət var. Putin olmasaydı, Əsəd rejimi çoxdan getmişdi. Türkiyə də regionda oyunçuya çevrilmək istəyir, buna da müəyyən dərəcədə nail olub. Rusiya ilə yaxınlıq Qərbin xoşuna gəlmir. Tramp Obamadan fərqli siyasət aparacaq. Obama Putinlə yaxınlaşmağa çalışdı, mümkün olmadı. Müsəlman ölkəsi kimi ilk səfərini Türkiyəyə etdi, amma istənilən siyasət alınmadı. Tramp qarşısına məqsəd qoyub ki, Rusiya ilə dil tapıb, beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparacaq. Bu da Rusiya və Türkiyənin maraqlarına uyğundur. Tramp Türkiyə ilə də münasibətləri normallaşdırmağa çalışacaq, itirilmiş mövqeləri bərpa etmək üçün. Bunlar reallaşsa, beynəlxalq aləmdən iki ölkəyə də olan təzyiqlər səngiyəcək. Avropa Birliyi Amerika deməkdir. Təkbaşına zəif qurumdur. Üzv ölkələrin hər birinin öz maraqları var. ABŞ isə burada əsas gücdür. Tramp normal münasibətlər üçün addım atsa, Avropa Birliyi istəsə belə, iki dövlətə də təzyiq edə bilməyəcək, o cümlədən, Putin və Ərdoğana". 
Politoloq iki ölkədən birinin çökdürülməsinin Azərbaycana da ciddi təsir edəcəyi ilə bağlı fikirlərlə razıdır: “Hər ikisi ölkəmiz üçün təhlükəlidir. Türkiyənin hər zaman güclü olmasını istəyirik, çünki bizim maraqlardan daim çıxış edən ölkədir. Rusiya Ermənistana dəstək versə də, bu ölkə ilə normal münasibətlərimiz var. Üstəgəl, milyonlarla azərbaycanlı orada yaşayır. Eyni zamanda Rusiyada təlatümlər başlasa, ən çox Şimalı Qafqazda hiss olunacaq. Bu baxımdan, Rusiyanın bu vəziyyətdə qalması təhlükəsizlik və milli maraqlarımıza görə bizə çox vacibdir. Azərbaycan nə Rusiyanın, nə də Türkiyənin zəifləməsində maraqlı deyil. Düzdür, Rusiyanın xarici siyasətində korrektələr etməsini çox istəyirik, xüsusilə Qarabağla bağlı mövqeyində. Amma Rusiya dağılma təhlükəsi yaşayarsa, bunun qəlpələri bizə də dəyə bilər. Bizə lazımdır ki, sabit, normal Rusiya olsun, xarici siyasətində ədalət prinsiplərindən çıxış etsin. Bunlar dəyişməsə belə, Rusiyanın parçalanmasını istəmirik. Çünki bizə təsirləri realdır”.(Musavat.com)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024