Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (13-12-2016, 19:43)
Komissiya sədrindən Hüseynbala Mirələmovun çıxışına REAKSİYA

Komissiya sədrindən Hüseynbala Mirələmovun çıxışına REAKSİYA

 

Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Əbiyev deputat həmkarı Hüseynbala Mirələmovun bəzi fikirlərinə görə töhmət alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

A.Əbiyev Ölkə.Az-a açıqlamasında yayılan bu cür məlumatlardan xəbərsiz olduğunu söyləyib:

“Onun töhmət alması ilə bağlı məndə heç bir məlumat yoxdur. Onsuz da onu bu çıxışına görə mətbuatda qınayırlar. Qınanılası adamı qınayarlar da! Ancaq Hüseynbala Mirələmovun töhmət alması ilə bağlı məlumata malik deyiləm. Ümumiyyətlə, mən kiminsə şəxsi fikirlərinə qarışmamışam. İstəmirəm ki, adımı belə məsələdə hallansın”.

Xatırladaq ki, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır” fikirləri cəmiyyətdə böyük səs-küyə səbəb olub. Bu çıxışına görə Hüseynbala Mirələmovun Milli Məclis rəhbərliyi tərəfindən töhmət alması ilə bağlı məlumatlar yayılıb.

шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024