Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-12-2016, 11:09)
"Müxalifət qiymət artımından sui-istifadə edir" - Deputat

“Qaz və işığın qiymətində artım məcburiyyətdən və vaxtında atılmış addımdır. Bu artım olmasaydı, iqtisadi vəziyyət daha da pisləşər, manatın devalvasiyası güclənər, sosial vəziyyət ağırlaşardı”.

 

Mediatv.az xəbər verir ki, bunu AzVision.az-a Yeni Azərbaycan Partiyasından (YAP) seçilən deputat Aydın Mirzəzadə deyib. Millət vəkilinin sözlərinə görə, dünyanın bütün ölkələrində situasiyaya görə qiymətlər tənzimlənir. 

A.Mirzəzadə müxalifət təmsilçilərinin Tarif Şurasının qərarı ilə bağlı mövqeyini tənqid edib. Bildirib ki, müxalifət qiymət artımının alternativi kimi ortaya proqram qoymur və bu məsələdən sui-istifadə edir: “Onların hökumətə təklifləri yoxdur. Müxalifətin insanları meydanlara yığmaq cəhdi özünün varlığını yada salmaq və yaranmış situasiyadan siyasi xal qazanmaqdan başqa bir şey deyil”. 

A.Mirzəzadə hesab edir ki, əvvəllər olduğu kimi müxalifət mitinq keçirmək barədə qərar versə, bu çağırışa dəstək verən olmayacaq: “İnsanlarımız bu addımın məcburiyyətdən atıldığını anlayırlar. Eyni zamanda yaranmış situasiyada hökumətin aztəminatlı əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün atdığı addımlardan da xəbərdardırlar. Müxalifətin təklif etdiyi qeyri-müəyyənlik, qarşıdurma iqtisadi problemlər uçurumuna yuvarlanmadır. İqtidarın təklif etdiyi isə vaxtında düzgün iqtisadi addımlar atmaqla iqtisadiyyatı stabilləşdirmək, artıma nail olmaq, sahibkarlığa dəstək olmaq, manatın mövqeyini möhkəmləndirməkdir. Bu baxımdan müxalifətin yaranmış vəziyyətdən yararlanma cəhdlərinin hər hansı bir nəticə verəcəyini gözləməyə dəyməz”.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024