Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-11-2016, 14:43)
«HÖNKÜR-HÖNKÜR AĞLADI, DEDİ QƏLƏT ELƏMİŞƏM…» – Cəmil Həsənli ilə Eynulla Fətullayevin qarşıdurması

Cemil-eynulla

“Dedi ki, “Cəmil müəllim, sən nahaq özünü yorursan, Eynulla bizim adam olub, qaydaları pozub, cəzasını çəkir, çıxıb yenə bizim adam olacaq”

Mediatv.az xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənli “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayevə qarşı, oğurluq da daxil, bir sıra ittihamlar irəli sürüb.

 C.Həsənli E.Fətullayevin “Elçibəyin müavini olub hakimiyyətə necə işləmək olar?” adlı məqaləsinə sərt reaksiya verib. Bu məqalədə Cəmil Həsənli müəllifin sərt tənqid və hətta təhqirlərinə məruz qalıb.

E.Fətullayev Milli Şura sədrini “barmaqları “nakolkalı” bu miskin tarixçi”, “istedadsız və heç nəyə yaramayan tarixçi-yazıçı, darıxdırıcı kanselyariyaçı-arxiv arayışlarının məcmusunun müəllifi” adlandırıb, “Cəmil Həsənli tarixə baş vurmasa yaxşıdır, yoxsa o özünü çoxsaylı alçaqlıq, məkrlilik və satqınlıq nümunələri ilə ifşa edəcək” kimi sözlərlə təhqir edib.

Cəmil Həsənli bu təhqirlərə Feysbuk üzərindən paylaşdığı yazı ilə cavab verib. Milli Şura sədri yazır: “Guya biz “The New York Times”i oxumadığımızdan, “Spiegel”i vərəqləmədiyimizdən, “Le Figaro”nu açıb baxmadığımızdan dünyadan xəbərsiz qalmışıq və bütün bunlara baxdığı üçün Eynulla əməlli başlı inkişaf edib. Halbuki, mən ilk dəfə 1979-1980-cı illərdə Moskvada o zamankı Lenin kitabxanasının xüsusi fondunda, SSRİ İctimai Elmlər üzrə Tədqiqat Mərkəzində bu nəşrlərlə tanış olanda Eynulla hələ əmzikdən ayrılmamışdı…”

C.Həsənli qarşı tərəfin “nakolka” iradına belə cavab verib: “Yeri gəlmişkən burada “nakolkalı” məsələsində də aydınlıq gətirmək istərdim. Mənim barmaqlarımda “nakolka” var. Şübhəsiz ki, bu yaxşı şey deyil. Amma, axı bu “nakolka” Eynullanın alnında, təpəsində yazılıb və özü də öz xətti ilə bunu alnına həkk edib, həm də əbədi həkk edib…”

Yazısının davamında C.Həsənli E.Fətullayevi oğurluqda ittiham edir. Sitat: “Eynulla bununla kifayətlənmir, mənim elmi nailiyyətlərimi də şübhə altına almağa cəhd göstərir və yazır: “Cəmil Həsənli-ay istedadsız və heç nəyə yaramayan tarixçi-yazıçı, darıxdırıcı kanselyariyaçı-arxiv arayışlarının məcmusunun müəllifi, mən bunu çoxdan başa düşmüşəm”. Mənim haqqımda bu sözləri kim deyir, kim yazır, dostlar? O şəxs ki, onu mən elmi oğurluq üstündə tutmuşam, qarşımda hönkür-hönkür ağlayıb. Bu hoqqabaz Nərimanov haqqında bir kitabça yazmışdı. Kitaba baxanda gördüm plagiat, yəni oğurluqdur. Tarix institutunda şöbə müdiri Nigar xanımla danışdıq, bunu çağırdıq, atası ilə gəldi. Köçürdüyü, yəni oğurladığı yerləri bir-bir qoyduq qarşısına, söz tapa bilmədi, hönkür-hönkür ağladı, səhv etmişəm, qələt eləmişəm… dedi. Bax, həmin vaxt Eynullanın yanaqlarından süzülən göz yaşlarının hər biri mubah ildə yetişən Bığır narının giləsindən böyük idi. İndi görün ölçü hissi nə qədər itib ki, elmdə qələm təcrübəsinə oğurluqla başlayan birisi mənim əsərlərim haqqında bu sözləri deyir”.

Milli Şura sədri daha sonra E.Fətullayevin vaxtilə həbs olunmasını Eldar Mahmudovla əlaqələndirməsinə münasibət bildir və onu hər zaman hakimiyyətə işləməkdə ittiham edir. “Mən bir dəfə Milli Məclisdə bu “vicdan” məhbusun müdafiə edəndə hakimiyyətin ən yuxarı təbəqəsinə aid olan yaşlı adamlardan biri mənə yaxınlaşıb dedi ki, “Cəmil müəllim, sən nahaq özünü yorursan, Eynulla bizim adam olub, qaydaları pozub, cəzasını çəkir, çıxıb yenə bizim adam olacaq”. Sən demə, o, düz deyirmiş, biz sadəlövh olmuşuq. Axı, Eldar Mahmudovun nazirliyi ən gizli səs yazılarını sənin qəzetin vasitəsi ilə verirdi, necə oldu ki, səni tutmalı oldu. Eldar Mahmudov öz istəyi ilə adam tutmurdu, kimi deyirdilər onu da tuturdu. Səni də elə tutmuşdu”.

C.Həsənli həbsdən çıxandan sonra E.Fətullayevin təşəbbüsü ilə görüşdüklərini xatırladır: “Sənin zənginlə “Pizza Hut”da görüşdük. Dedin İlham Əliyev heç vaxt Fərhadla Rafiqi belə buraxmayacaq və təklif etdin ki, Avropada sənə bir ofis açsınlar, sən orada oturub onların lobbiçiliyini edəsən, bir keçmiş “vicdan” məhbusu kimi bütün Qərbi ayağa qaldırasan. İndi nə oldu, Qərb artıq o Qərb deyil? Ya hökumət səni sındırandan sonra ilk əməliyyatını məndən başlamaq istəyirdin? Mən də dedim ki, bu söhbətləri sən onların özləri ilə elə, mən belə işlərə baxmıram. Söhbət həbsdən çıxandan sonra ömür boyu Qərbə xidmət etməkdən getmir, söhbət ondan gedir ki, sən keçmiş “vicdan” məhbusu adından istifadə edib Azərbaycan hakimiyyətinin Qərbə qarşı çirkli, natəmiz oyunlarının icraçısına çevrildin. Sən Qərb ölkələrində xüsusi etnik, mühacir, qaçqın qrupların ayrı-ayrı sərsəri nümayəndələrini şirnikləşdirib onlardan yerləşdikləri ölkələrin əleyhinə etirazlar, çıxışlar almalı idin. Etdin də, bir-iki cındır lent çəkdin. Amma Almaniyada bu işə cəlb etmək istədiyin vicdanlı azərbaycanlılar sənin toruna düşmədilər. Hansısa bir Avropa fonddan qrant aldığını onlara demişdin, sonra o fond açıqlama verdi ki, sən adlı adama qrant verməyib.

Bu natəmiz iş üçün pulu Azərbaycandakı ağalarından almışdın. Elə görüş zamanı da sənə Bakıdan zəng olundu, kənara çəkilsən də hər şeyin üstü açıldı. Hə, sənə Bakıdan zəng olanda, o gənclər də mənə zəng etmişdilər, dedim ki, uzaq olsunlar səndən. Sağ olsunlar, oldular da! Amma bütün dünya gördü ki, sənin qara yaxdığın Almaniya bir milyon müsəlman qaçqının sosial ehtiyacların qarşılamaq üçün 19 milyard avro həcmində büdcə qəbul etdi, halbuki, xidmət etdiyin Azərbaycan hakimiyyətinin 10 milyonluq xalq üçün 2017-ci ilə toplam büdcəsi 8 milyard avrodur. Hələ mən onu demirəm ki, İsaxan Aşurovla sonuncu görüşümüzdə, birgə Vaşinqtona uçanda bunun ləyaqətsiz hərəkətləri barədə necə hiddətlə danışırdı. Deyiləsi çox söz var. Qoy bu sonraya qalsın. Çünki hakimiyyətin əlində nişangahı pozulmuş Tula silahına çevrilən bu “navodçik” hələ çox əməllərdən çıxacaq”.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024