Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-11-2016, 22:08)
PKK-nın əlindəki silahların hamısı Qərbin silahlarıdır

PKK-nın əlindəki silahların hamısı Qərbin silahlarıdır

 

“Qərbin nə dediyinin mənim üçün əhəmiyyəti yoxdur. 53 il Avropa İttifaqının qapısında bizi gözlədən Qərbdən xeyirli nə gördük?”
Mediatv.az  xəbər verir ki, bunu bu gün Sağlıq Elmləri Universitetində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror fəaliyyətinə dəstəklə bağlı Xalqların Demokratik Partiyasının (HDP) deputatlarının həbsinə münasibət bildirərkən söyləyib.
R. T. Ərdoğan deyib ki, ifadə vermək üçün prokurorluğa dəvət edilənlər bu dəvəti qəbul etmirlərsə, “bacarırsınızsa, gəlin bizi aparın” deyirlərsə, hüquq onların zorla ifadə verməyə gətirilməsini tələb edir: “Heç kim özünü hüququn üzərində görə bilməz. Məhkəmənin qərarından razı olmaya bilərsiniz, mənim də məhkəmə ilə bağlı narazı qaldığım məqamlar olub. Ancaq heç vaxt prokurorluğu, məhkəməni tanımadığımı bildirmədim. Bir zaman İstanbulun bələdiyyə sədri idim, məni də ifadəyə çağırdılar, məni həbs etdilər. Heç bir şou da göstərmədim, sakitcə getdim. Millət isə nə dedi? Bu məhkumluğu qəbul etmədi. Dedi ki, get, partiyanı qur. Partiyamızı qurduq, millət bizə səs verdi”.
Türkiyə prezidenti vurğulayıb ki, əgər deputat yox, terrorçu kimi davranırlarsa, terrorçu münasibəti görəcəklər: “Fikir azadlığına hörmətimiz var, ancaq millətinə xəyanət edənlərin ədalət mühakiməsi qarşıma çıxarmaq bizim borcumuzdur. Terror təşkilatına dəstək verdikləri üçün bir hissəsi ifadə verməyə çağırılan və həbs edilənlərlə bağlı Qərbin reaksiyasını gördük. Türkiyənin Avropa İttifaqından, hüquqdan uzaqlaşdığını söyləyənlər var. Qərbin mətbuatı da geri qalmır”.
R. T. Ərdoğan Avropanın terrora dəstək verdiyini vurğulayıb: “Bizim məhv etdiyimiz PKK terrorçularının əlində Qərbin verdiyi silahlar var. Son zamanlar ağır silahlar da aşkar edirik. Soruşanda, Qərb deyir ki, bu silahları İŞİD-lə mübarizə üçün vermişdik. Kimi aldadırsınız? PKK-nın əlindəki silahların hamısı Qərbin silahlarıdır. Qərbin HDP deputatları ilə bağlı söylədikləri də bizim üçün önəmli deyil. AKP-nin rayon təşkilatlarının üzvləri, müəllimlər, mühəndislər PKK terror təşkilatı tərəfindən qaçırılanda Qərbin səsi niyə çıxmırdı? PKK deputatları insandır, terror təşkilatının qaçırdığı insanlar deyilmi? Türkiyədə də hüquq tərəfsizdir. Mənə diktator demələri vecimə deyil”.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024