Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-11-2016, 20:15)
Baş nazir HDP-ni terrorçuları maliyyələşdirməkdə suçladı

Türkiyə baş naziri Binəli Yıldırım Xalqların Demokratik Partiyasının (HDP) Türkiyə Böyük Millət Məclisinin fəaliyyətində iştirak etməkdən imtina etməsinə münasibət bildirib.

Mediatv.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, B. Yıldırım deyib ki, millətin mandat verdiyi şəxslər parlamentin fəaliyyətində iştirakdan imtina edirsə, millətə həqarət etmiş olur.

Baş nazir bildirib ki, yol yaxınkən HDP yanlış yoldan qayıtmalıdır: ”Parlamentə gəlin, fikrinizi ifadə edin. Siz milli iradəni tanımasanız, millət də sizi tanımaz”. B. Yıldırım xatırladıb ki, bir zaman hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanılması məsələsi gündəmə gələrkən, AKP məhkəmədə özünü müdafiə edib: “Biz prokurorluğu, məhkəməni tanımadığımızı bəyan etmədik. AKP məhkəmədə özünü müdafiə etdi və partiyamızın bağlanmaması barədə qərar çıxarıldı. Əgər prokurorluq HDP deputatlarını ifadə vermək üçün çağırırsa, biz hüquq dövlətində yaşayırıq, gedib ifadə verəcəksiniz. Əgər getməyəcəksinizsə, hüquq dövlətində lazımi addım atılacaq. Hüqüq dövlətində səhv edən buna görə cavab vermək məcburiyyətindədir. Terror təşkilatına dəstək verən, dövlət vəsaitini terror təşkilatının maliyyələşdirilməsinə yönəldənlər, bələdiyyə texnikası ilə şəhərlərdə küçələri qazdıranlar bunun qarşılığını görəcək, cəzalandırılacaqlar”.

Qeyd edək ki, terror fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində partiyanın iki həmsədri də daxil olmaqla, HDP-nin 9 deputatı həbs edilib. HDP bu gün Bu gün Türkiyə Böyük Millət Məclisində fəaliyyətini dayandırdığını bəyan edib. HDP deputatlarının sayına görə parlamentdə üçüncü partiyadır.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024