Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (24-10-2016, 20:25)
Elman Rüstəmov hökumətdə ikitirəlik yaradıb

Buna səbəb isə Azərbaycanda valyutadəyişmə məntəqələrinin yenidən bərpa edilib-edilməməsi məsələsidir.  Məlumatı Qaynarinfo.Az-a məlumatlı mənbə bildirib.

Mənbənin deməsinə görə, hökumətdə “exchange”lərin fəaliyyətinə yenidən “yaşıl işıq” yandırılmasının kifayət qədər tərəfdarı var. Buna ən sərt şəkildə qarşı çıxan isə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovdur. 

Xatırladaq ki, Azərbaycanda valyutadəyişmə məntəqələri bu ilin yanvarından ləğv edilməyə başlayıb. Nəticədə ən azı 6 min insan işsiz qalıb. 

Hazırda valyuta mübadiləsi banklar vasitəsi ilə həyata keçirilir. 

Əslində “exchange”lərin vaxtında da banklar valyuta mübadiləsi ilə məşğul olurdular.  

Bəs valyutadəyişmə məntəqələrinin bərpa edilməsini zəruri sayanların arqument və ya arqumentləri hansılardır? Əvvəla onlar hesab edirlər ki, “exchange”lərin ləğvi faktiki olaraq “qara bazar”ı stimullaşdırıb. 

İkincisi, valyuta mübadiləsinin ancaq banklar vasitəsilə həyata keçirilməsi vətəndaşlara ciddi problem yaradır. Banklar həftənin ilk beş iş günü fəaliyyət göstərdikləri üçün şənbə-bazar günləri valyuta mübadiləsi aparmaq istəyənlər çıxılmaz vəziyyətdə qalırlar.

Nəhayət üçüncüsü, valyutadəyişmə məntəqələri 6 min civarında ailənin dolanışıq mənbəyi idi. Hər ailənin orta hesabla beş üzvü olduğunu nəzərə alsaq, təxminən 30 min vətəndaşımız çörək sınağı ilə üzləşib. 

“Exchange”lərin olmaması  turizmin inkişafına da mane olan faktora çevrilib. Belə ki, ölkəyə qeyri-iş günləıri – həftə sonları və bayram tətilləri zamanı gələn xarici turistlər yerli valyuta almağa yer tapmır.

Bütün bunları nəzərə aldıqda valyutadəyişmə məntəqələrinin bərpa edilməsini zəruri sayanlar var. 

Baş bankir isə belə hesab edir ki, valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələblərinə məhəl qoymur və dolları rəsmi məzənnədən kənar bahalaşdırırlar. Ona görə də inadla “exchange”lərin bərpa edilməsinə qarşı çıxır (gerçək səsbəbin yuxarıda göstərilən olub-olmadığını deçək çətindir). 

Və belə görünür, E.Rüstəmovun bu inadını belə tezliklə qırmaq mümkün olmayacaq.

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024