Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-10-2016, 11:45)
"Müxalifət həddindən artıq gücsüzdür" - Aydın Mirzəzadə

“Azərbaycan müxalifətində ictimai fəallıq yoxdur. Onlar üzərlərinə düşən siyasi məsuliyyəti dərk edib, yerinə yetirə bilmirlər”.

 

Mediatv.az xəbər verir ki, bunu AzVision.az-a Yeni Azərbaycan Partiyasının Siyasi Təhil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

YAP-çı deputatın fikrincə, müxlifət partiyaları, təmsilçiləri ölkədə hər hansı bir əlamətdar hadisənin olmasını gözləyirlər ki, həmin vaxtda üzə çıxıb, mətbuatda görsənsinlər: “Bizdə müxalifət nümayəndələri konkret işlə məşğul olmurlar. Onlar siyas fəaliyyətdən çox sosial şəbəkələrdə status yazmaqla, ara-sıra mətbuatın gündəminə gəlməklə varlıqlarını göstərmək istəyirlər. Bu isə ciddi siyasi fəaliyyət hesab oluna bilməz”.

A.Mirzəzadə qeyd edib ki, müxalifət daim gündəmdə qalmaq üçün müxtəlif yollara əl atır: “Referendumdan sonra yeni seçkinin keçirilməsi ilə bağlı məlumat olmaya-olmaya guya növbədənkənar seçkilərə hazırlaşdıqlarını bəyan etdilər. Bu isə gündəmdə qalmağa hesablamış addımdır. Qarşıdan 2018-ci ildə keçiriləcək prezident seçkiləri gəlir. Müxalifət bir qayda olaraq yenə seçki ərəfəsində fəallaşacaq. Sonradan sükuta qərq olacaq. Bir sözlə, onlar cəmiyyətin maraqlarını müdafiə etmək, onu səsləndirmək həvəsində deyillər. Bu xarakterik xüsusiyyəti özləri də yaxşı bilirlər. Bu səbəbdən müxalifət həddindən artıq gücsüzdür, insanlarda onlara qarşı inam yoxdur”.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024