Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (19-10-2016, 22:40)
«KİMSƏ MƏNDƏN SORUŞMADI Kİ, İSTƏYİRSƏN, YA YOX?» – Müstəqilliyin əleyhinə səs vermiş deputat

oktyabrında Azərbaycan SSRİ-nin tərkibində ola-ola dövlər müstəqilliyini bəyan edib. Təbii ki, həmin ərəfələrdə siyasi, iqtisadi proseslər gərgin idi. Həmin vaxt Müstəqillik Aktına imza atanlar bir cəbhədə, imza atmayanlar digər cəbhədə dayanırdı.

25 il ərzində proseslər dəyişsə də, Müstəqillik Aktına imza atan istiqlalçı deputatlar o sənədi imzalamayanların hələ də Milli Məclisdə təmsil olunmalarını heç cür qəbul etmirlər.

Müstəqillik Aktına imza atmayan, lakin 25 ildir deputat kürsüsündə əyləşən Madər Musayev müstəqilliyə qarşı çıxması barədə yazılan və deyilənlərlə bağlı ilk dəfə Modern.az saytına acıqlama verib. O, bildirib ki, ötən 25 il ərzində kimsə ondan bu barədə heç nə soruşmayıb.

“Düzü, 25 ildir ki, kimsə məndən 1991-ci ildə olub-keçənləri soruşmayıb. “Niyə Müstəqillik Aktına imza atmamısan” sualını verən də olmayıb.
25 il bundan qabaq Müstəqillik Aktına imza atanlar və atmayanlar həmişə müzakirə mövzusu olur. Adım müstəqilliyə imza atmayanlar arasında olsa da, bunu məndən istəyib-istəmədiyimi soruşmayıblar. Həmin vaxt kimsə mənə yaxınlaşıb soruşmamışdı ki, “sən müstəqillik istəyirsən, yoxsa, yox?!”.
Əsarətdə yaşayan xalq necə müstəqilliyə yox deyə bilər ki! Bəlkə də, həmin ərəfələrdə söhbət əsnasında müstəqilliklə bağlı danışıqlar olub və mən də “Müstəqillik Aktına imza atmayacam” demişəm. Amma, konkret olaraq, “müstəqillik istəmirəm” deyib canfəşanlıq göstərməmişəm”.

Madər Musayev müstəqillikdən imtina edənlərdən danışarkən deputat həmkarı Arif Rəhimzadə haqqında bunları deyib. “Deyə bilmərəm ki, Arif Rəhimzadə müstəqillik istəyib, yoxsa yox. Sadəcə, onu deyə bilərəm ki, həmin dövrdə haqsızlığa qarşı 5 nəfər çıxan olubsa, onların içində Arif Rəhimzadə də olub. Həmin dövrün hadisələri xalqın gözü önündə baş verib. Azərbaycan o vaxtkı cəbhə hakimiyyətinin əlində qalsaydı, bugünkü kimi müstəqil, suveren ola bilməyəcəkdi. Onlar hakimiyyət daxilində bir-birini qırırdılar. Prezident Aparatında oturub qışqıra-qışqıra danışırdılar. Çöldə atılan avtomat da onları sakitləşdirə bilmirdi. Bunlar mənim gözümün qabağında baş verib. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan necə müstəqil dövlət olacaqdı?! Azərbaycanın müstəqil dövlət kimi tanınmasında Heydər Əliyevin rolu olub. Bunu unutmasınlar”.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024