Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (19-10-2016, 11:47)
Kərəm Həsənov müşavirə keçirdi

Kərəm Həsənov müşavirə keçirdi

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Mediatv/az-a daxil olan məlumata görə, çıxış edən komitə sədri Kərəm Həsənov bildirib ki, dövlət başçısı tərəfindən 19 iyul 2016-cı il tarixdə imzalanmış müvafiq Fərmanda özəlləşdirmə prosesinin sürətləndirilməsi, rəqabət mühitinin formalaşdırması, iqtisadiyyata investisiyalar cəlb edilməsi, özəlləşdirmə prosedurlarının elektron üsullarla gerçəkləşdirilməsi kimi məsələlər əksini tapıb. 

Həmçinin qeyd olunub ki, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin təmin edilməsi prosesində məsləhətçi şirkətin seçilməsi üzrə açıq tender keçirilib. Hazırda səhmdar cəmiyyətin qiymətləndirilməsi işləri aparılır.

Ötən 9 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər ölkələrin təcrübələri təhlil edilib. Xarici və beynəlxalq məsləhətçi şirkətlərlə görüşlər keçirilib, özəlləşmə ilə bağlı yeni yanaşmalar, prioritetlər müəyyənləşdirilib. 

Özəlləşdirmə prosesində şəffaflığın, optimallığın və müasirliyin təmin olunması Komitə tərəfindən cari ilin iyul ayında “Özəlləşdirmə portalı” yaradılıb və istifadəyə verilib.

Artıq 4 hərrac keçirilib və bu hərraclarda 111 ədəd dövlət əmlakı özəlləşdirilib. Ümumilikdə isə ilin əvvəlindən indiyədək 230-a yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər, 140-dan çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Bildirilib ki, 2020-ci ilə kimi ölkənin 3 milyon 200 min hektar ərazisində dəqiq torpaq uçotu işləri aparılacaq. 

Müşavirədə qeyd olunub ki, daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərindən irəli gələn bütün məsələlər “bir pəncərə” prinsipinin tətbiqi ilə həll olunur. Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın 129 ölkəni əhatə edən reytinq cədvəli üzrə 20-ci yerdə qərarlaşıb.

Müşavirədə Komitənin aidiyyəti qurumlarının rəhbərlərinin ötən dövrdə görülmüş işlərlə bağlı məruzələri dinlənilib. Sonda komitə sədri qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024