Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (4-05-2014, 10:15)
Eldar Əzizovun adı “qara siyahı”da


 

Prezident İlham Əliyevin 18 fevral 2011-ci il tarixli Sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı təyin edilən Eldar Əzizovun karyerasına təhlükə yaranıb. Məlumata görə, ölkə başçısının 2013-cü il prezident seçkilərindən sonra hakim komandada apardığı kadr islahatlarının "addım səsləri" artıq Sumqayıtın icra başçısının qapısında eşidilir. 

 

Xatırladaq ki, E.Əzizovun Sumqayıta başçı təyinatından sonra onun daha yüksək posta gətiriləcəyi bildirilsə də, sonradan proseslər fərqli istiqamətdə cərəyan etdi. İlk vaxtlar kəskin qərarları ilə diqqət çəksə də, qısa müddətdən sonra şəhərin biznes sektoru nümayəndələrinin, eləcə də yerli sakinlərin narazılığına səbəb olan addımları E.Əzizovun karyerasında enişin başlanmasına səbəb olub. Son bir ildə, xüsusən də bu ilin qışında kəskin hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılmasındakı acizlik E.Əzizovla bağlı mənfi rəyi artırıb. 

Bundan əlavə, Eldar Əzizovun bir sıra ticarət, xidmət və iaşə obyektlərinin sahibləri ilə də problemləri yaranıb. Əksər obyekt sahiblərindən yerlərinin genişləndirilməsi bəhanəsi ilə böyük məbləğdə vəsait alınıb. Deyilənə görə, Əzizovun Sumqayıta təyinatından sonra sahibkarlardan bu yolla yığılan pulun məbləği çox yüksəkdir. 

Gəlir əldə etmək üçün şəhərin küçə və xiyabanlarının iş adamlarına satılması da sakinlərin narazılığı ilə nəticələnib. Belə ki, bir müddət öncə 11-ci mikrorayon sakinləri buna etiraz əlaməti olaraq, aksiya keçirib, yolu bağlamışdılar. Həmin vaxt şəhər rəhbərliyi etirazçılara, onları narazı salan halların qarşısının alınacağını bildirsə də, bu vədə əməl edilmədi. 

Bu kimi narazılıqlar demək olar ki, Sumqayıtın bütün ərazilərində var. Sözügedən ərazilərdə obyektlərin tikintisi zamanı ən azı 10-15 illik ağacların kəsilməsi də narahatlıq yaradan səbəblərdəndir. Bir neçə ay öncə Sumqayıtda baş verən kütləvi ağac kəsimi ictimailəşəndən sonra E.Əzizov bir neçə şəxsin cəzalandırılmasına göstəriş versə də, həmin ərazilərdə aparılan tikinti işləri dayandırılmayıb. Bundan qısa müddət sonra ölkə başçısının "yaşıl soyqırım"a qarşı mübarizəyə başlaması da, Sumqayıtın rəhbərliyi üçün əhəmiyyətsiz olub. 

Büdcə vəsaitlərinin xərclənməsi zamanı ciddi mənimsəməyə və səmərəsiz xərcləmələrə yol verilməsi isə iqtidar düşərgəsində də E.Əzizova qarşı narazıların sırasını genişləndirib. 

Məlum oluduğu kimi, son günlər mətbuatın diqqət mərkəzində olan Hesablama Palatası dövlət büdcəsinin investisiya xərclərinin auditi zamanı böyük korrupsiya halları aşkarlayıb. Belə faktların aşkarlandığı icra strukturlarından biri də Sumqayıt Şəhər İcra Hakimiyyətidir. Dövlət büdcəsinin investisiya xərclərindən, ehtiyat fondlarından Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitin bir müddət əvvəl təftişi zamanı külli miqdarda korrupsiya halı müəyyən edilib. Hətta aparatın xərcləmələrində 2 milyon manat-lıq mənimsəmə qeydə alınıb. 

Qeyd edək ki, dövlətin əsaslı vəsait qoyuluşu üzrə bir sıra hallarda tender keçirilmədən layihələrin icrası müqavilə yolu ilə şirkətlərə həvalə edilib. Bank təminatı olmadan beş podaratçıya pul ödənilib, üç halda isə tikinti-quraşdırma işləri başa çatdırılmadan nəzərdə tutulan məbləğ şirkətə tam verilib və işi tam yerinə yetirməyən şirkətdə debitor borc yaranıb. 

Məlumata görə, dövlət büdcəsinin Ehtiyat Fondundan Sumqayıta ayrılan vəsaitlərin aqibəti də acınacaqlı olub. Hesablama Palatasının auditi zamanı müəyyənləşib ki, pul ayrılsa da, layihə-smeta hazırlanmadan bir neçə obyektin tikintisi həyata keçirilib. Bir müddətdən sonra isə obyektin layihə-smeta dəyərinin hazırlanması adı ilə Fondun vəsaitindən müəyyən məbləğdə pul silinib. Yəni, Sumqayıt şəhər rəhbərliyi bir neçə obyektin layihə-smetasının hazırlanması adı ilə iki dəfə pul silməyi bacarıb. Ancaq burada hansı obyektlərdən söhbət getdiyini açıqlanmır. Bununla yanaşı, bir obyektin əsaslı təmiri üçün ayrılan vəsaitin başqa istiqamətə yönəldilməsi faktı da aşkar edilib. 

Ancaq məsələ bununla da bitmir. Sumqayıtın Mənzil Təsərrüfatı İstismar İdarəsi (MTİİ) tərəfindən "Lift Servis" Birliyinin və Sumqayıt Şəhər Profilaktik Dezinfeksiya şöbəsinin hesabına vəsait ödənilsə də, heç bir iş görülməyib. MTİİ-də çalışan işçilərdən tutulan keçmiş illərin əlavə dəyər vergisi və sosial sığorta ödəmələrinin pensiya məbləği üzrə kreditor borclar isə büdcə vəsaiti hesabına ödənilib. 

Hesabatdan məlum olur ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti zibillərin daşınması üçün ayrılan vəsaitin 811 min manatını da mənimsəyib. Liftlərin təmirinə ayrılan investisiya xərclərinin isə 1 milyon manata yaxını korrupsiyanın badına gedib. 

Bütün bunlar Hesablama Palatasının aşkarladığı faktlardır. Amma hələlik bu qədər yeyinti və dövlət vəsaitinin talanmasına görə hansısa tədbir görülməyib. 

Hakimiyyətdəki mənbələrdən "Reytinq"ə daxil olan məlumatda deyilir ki, son bir il ərzində fəaliyyətindəki ciddi nöqsanlar, şəhərdə sosial problemlərin artması, infrastrukturun sıradan çıxması, görülməli işləri iş adamlarının üzərinə yıxmaqla milyonlara sahib olmaq sevdası Sumqayıtın "kiçik padşahı"nın böyük bəlasına çevrilə bilər. 

Mənbəmizin sözlərinə görə, ölkə başçısı şəhər ifrastrukturunun yenilənməsi üçün vəsait ayırsa da, E.Əzizov həmin vəsaiti öz istədiyi layihələrin maliyyələşməsinə yönəltməyə çalışıb. Bu isə şəhərdə yolların sıradan çıxması, su-kanalizasiya təsərrüfatında problemlərin artması ilə nəticələnib: "Demək olar ki, hazırda icra hakimiyyətinin binası qarşısından başqa Sumqayıtın digər yolları bərbaddır. Halbuki, sonuncu dəfə ölkə başçısının Sumqayıta ayırdığı vəsait məhz şəhər infrasturukturunun yenilənməsi üçün nəzərdə tutulmuşdu. Eldar Əzizov və onun komandası isə dövlət başçısının göstərişlərinə məhəl qoymayaraq, mənimsəmə, korrupsiya hallarına yol verib. Çox güman ki, bu əməlləri yaxın dövrdə icra başçısının "qələminin qırılması" ilə nəticələnəcək". 

"Reytinq" qəzeti

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024