Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (1-05-2014, 23:19)
Məhərrəm Əliyev anti-Ziya Məmmədov savaşına qoşuldu

Nəqliyyat naziri Ziya Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında gedən mübarizəyə yeni qüvvələrin qoşulduğu müşahidə edilir.Sıxışdırılmış vəziyyətə düşən nəqliyyat naziri durumu öz xeyrinə dəyişmək üçün cəhdlərə baş vursa da, hələlik istədiyi effekti ala bilmir. Eyni zamanda, Ziya Məmmədov təkcə Heydərova qarşı deyil, artıq özü üçün ikinci cəbhəni də açıb.

Ötən günlərdə mətbuatda «Azəryolservis» ASC-nin rəhbəri Cavid Qurbanovla bağlı yayılmış məlumatlar heç də səbəbsiz olmayıb. Əksinə, bu yazıların məqsədli şəkildə mətbuata buraxılması elə nəqliyyat nazirinin yaxın adamları tərəfindən təşkil olunub. Mənbə bildirir ki, indiki məqamda hücum planları quran Məmmədovlar Heydərovla paralel olaraq Qurbanova da qarşı kampaniya təşkil etməyə start veriblər.

Amma ən maraqlı məqam odur ki, tərəflər arasındakı savaşda hakimiyyətdəki iri ranqlı məmurlar da yerlərini bəlli etməyə başlayıblar. JAM.AZ-ın əldə etdiyi məlumatda deyilir ki, dünəndən etibarın əldə olunmuş razılaşma əsasında bundan sonra Kəmaləddin Heydərova Ziya Məmmədovun üzərinə getmək üçün Məhərrəm Əliyev də yardımçı olacaq. Prezidentin müşavirləri sırasında olan keçmiş səfir imkanları daxilində olan bütün resursları Heydərovun ixtiyarına verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Məhərrəm Əliyevin nəzarətində faktiki olaraq bir neçə media var. Onların bəziləri ölkdə kifayət qədər nüfuzlu olsa da, bəziləri vaxtıykən nüfuzlu olublar və hazırda durumları kritikdir. Amma yenə də proseslərdə tərəf kimi çıxış etmək gücləri mövcuddur.

 

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024