Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-04-2014, 16:53)
İlham Əliyevin çıxışı dəyərləndirildi

“Şərq Tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan Praqa sammitində Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın dövlət başçısı Serj Sərkisyana tutarlı cavabı siyasi dairələrdə müsbət hadisə kimi qiymətləndirilib


Xatırladaq ki, Sərkisyan çıxışı zamanı qondarma “erməni soyqırımı”na görə Türkiyəni ittiham edərkən İlham Əliyev erməni prezidentə çox kəskin və tutarlı cavab verib:

“Bilirsiniz ki, Türkiyə burda iştirak etmir, bundan istifadə edirsiniz. Amma mən burdayam və Türkiyə ilə Ermənistan sərhədlərinin niyə bağlı olduğunu deyə bilərəm”.

İlham Əliyevin beynəlxalq tədbirdə açıq şəkildə Türkiyəni müdafiə etməsi Azərbaycan-Türkiyə münasibətlərinin dostluğa, qardaşlığa söykəndiyinin göstəricisi olduğunu bir daha sübut etdi. Bu başqa nələrə mesajdır?

Deputat Vahid Əhmədov Modern.az saytına deyib ki, Azərbaycan dövlət başçısının Türkiyə baş nazirinin olmadığı təqdirdə Ermənistan prezidenti Serj Sərkisyana cavabı çox sərt oldu: “İlham Əliyev bütün dünyaya faktiki olaraq elan etdi ki, Azərbaycanla Türkiyə bir yerdədirlər. Dağlıq Qarabağ məsələsində Türkiyə beynəlxalq aləmdə Azərbaycanı həmişə müdafiə edib. Prezident İlham Əliyev də açıq olaraq bəyan etdi ki, Azərbaycan həmişə Türkiyənin yanındadır və istənilən dövlət başçısı Türkiyəyə qarşı hər hansı etimadsızlıq göstərsə, xoşagəlməz hərəkətlər etsə, onun cavabını verməyə hazırdır”.

Deputat Asim Mollazadə bildirib ki, Türkiyə-Azərbaycan ittifaqı çox önəmlidir: “Bu birliyin təməlində Azərbaycan və Türkiyəni birləşdirən vahid dəyərlər durur. Hər iki ölkə məhz bu dəyərlər əsasında yaşayır. Azərbaycanın Türkiyə ilə iqtisadi, siyasi, strateji, nəqliyyat, enerji layihələrində yaxınlığı bölgədə yeni sistem formalaşdırır. Mən Azərbaycan prezidenti İlham Əliyevin Serj Sərkisyana sərt cavab verməsini yüksək qiymətləndirirəm. Beynəlxalq tədbirdə Azərbaycan-Türkiyə birliyini vurğulamaq dünya ictimaiyyətinə də zəruri bir mesajdır. Azərbaycan və Türkiyənin müttəfiqləri öz maraqlarından irəli gələrək ölkələrimizlə çoxşaxəli, ciddi əməkdaşlıq etməlidirlər. Prezident İlham Əliyevin çıxışı dünyanın diqqətini Ermənistanın millətçi, türk nifrəti ilə yaşamasına da yönəltdi”.

Milli Məclisin digər deputatı İqbal Ağazadənin fikrincə, Azərbaycan xarici siyasətdə daim uğurla irəlilədiyindən prezident İlham Əliyevin də sözügedən çıxışı çox təqdirəlayiqdir: “Türkiyə ilə strateji müttəfiqlik və İlham Əliyevin Azərbaycan torpaqlarını işğal edən bir ölkənin rəhbərliyinə verdiyi layiqli cavab baxımından çıxış alqışlanmalıdır. Bir ölkəni günahlandırarkən öz ölkəsinin də keçmişinə, yaxın tarixdə etdikləri vəhşiliklərə baxması da çox vacibdir. Ona görə də Serj Sərkisyana tutarlı cavabı alqışlayıram. Hesab edirəm ki, Türkiyə və Azərbaycan ortaq siyasətini davam etdirməlidir”.

Deputat Fazil Mustafa da İlham Əliyevin çıxışını müsbət qarşılayıb: “Bu, Türkiyə ilə Azərbaycanın maraqlarının hədəflərinin bir-birinə yaxın olması mesajını dünya ictimaiyyətinə çatdırır. Türkiyə Azərbaycanın mənafeyini beynəlxalq tribunalarda necə müdafiə edirsə, Azərbaycan da eyni qardaşlıq və səmimiyyətlə bu addımı atır. Prezident İlham Əliyevin bu addımı çox yüksək bir jest və davranışdır. Bu həm də bir ənənənin davamıdır. Prezident İlham Əliyev gözlənilən addımı atdı. Türkiyə cəmiyyəti də bunu yüksək qiymətləndirir və gələcəkdə də bu tendensiya davam etdirilməlidir”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə düşünür ki, ölkə rəhbərinin çıxışı Türkiyə-Azərbaycan strateji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin və baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri də yeni hərbi-siyasi ittifaq yaradılacağının göstəricisidir: “Bu da iki ölkə arasında əlaqələrin müxtəlif formalarının yaranıb inkişaf etməsinə kömək edir. Bütün bunlar gələcəkdə Türkiyə-Azərbaycan birliyinin yeni, daha mütərəqqi formalarının yaradılmasına gətirib çıxara bilər. Azərbaycan bir daha nümayiş etdirdi ki, beynəlxalq hadisələrdə dinamik rol oynamağa qadirdir. Eyni zamanda, beynəlxalq münasibətlərdəki ədalətsizlik və haqsızlığa qarşı səsini ucaltmağa hazır olduğunu göstərdi. Azərbaycan liderinin çıxışı Türkiyə və ümumilikdə türk dünyasının maraqlarının qorunması baxımından önəmlidir. Bununla yanaşı, Ermənistanın beynəlxalq aləmdə hay-küylə yaratmaq istədiyi imici dağıtmaq prizmasından Azərbaycan prezidentinin çıxışı çox böyük rol oynadı. Bunlar Türkiyə-Azərbaycan münasibətlərinin yeni səviyyəyə yüksələcəyinə dəlalət edir”.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024