Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-05-2016, 15:15)
“Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün suverenlik məsələsidir” - İtaliya səfiri

 

 

Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan İtaliya çilli suverenliyinin qorunmasında Azərbaycana həmişə dəstək olub və olmaqdadır. Ölkələrimiz arasında, ilk növbədə, iqtisadi sahədə, strateji əməkdaşlıq bərqərar olub. Azərbaycan İtaliyanın energetik təhlükəsizliyində vacib rol oynayır.
Mediatv.az xəbər verir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində də İtaliya hər zaman Azərbaycanın mövqeyini birmənalı şəkildə müdafiə edib.
Virtualaz.org-un müxbiri ilə söhbətində İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo məhz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində təmsil etdiyi dövlətin mövqeyi və bununla bağlı məsələlərdən danışıb.
“Tənzimlənmə prosesinin uzanmasının səbəbi ondadır ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək elə də asan iş deyil. Şübhəsiz ki. indiki vəziyyətin qorunub saxlanması problemin həlli deyil. Mümkün qədər tez və danışıqlar yolu ilə bu məsələ həll edilməlidir. Münaqişənin tənzimlənməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütünlükdə region üçün onəmlidir”, - səfir belə deyib.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində hazırkı vəziyyətin qorunub saxlanması ilə bağlı Campaolo Kutilyo bildirib: “Qafqaz bir növ dəhlizdir, Avropa ilə Asiya arasında körpüdür. Federika Mogerini açıq şəkildə bildirib ki, hazırda yaranmış vəziyyət yolverilməzdir. Bu Avropa İttifaqının münaqişənin həllində maraqlı olmasının daha bir göstəricisidir”.
“Mən münaqişənin tarixi ilə tanışam, şübhəsiz ki, baş verənlər heç kimi laqeyd qoya bilməz. Azərbaycanın və azərbaycanlıların nələrdən keçdiyinin fərqindəyəm və görürəm ki, bu insanları birləşdirir. Azərbaycanlılar üçün Qarabağ münaqişəsinin həlli milli suverenlik məsələsidir”, - İtaliyanın ölkəmizdəki səfiri vurğulayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024