Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-02-2014, 11:57)
Deputat neftçi gənclərlə görüşdü

 

  Milli Məclisin deputatı Fuad Muradov “Gənclər Günü” ilə bağlı “Bibiheybətneft” Neft Qazçıxarma İdarəsində çalışan gənclərlə görüşüb. 

 

“Qafqazinfo” xəbər verir ki, neftçi gənclərin təşəbbüsü ilə keçirilən bu görüşdə millət vəkili ölkədə gənclərlə bağlı aparılan siyasətin uğurlarından və perspektivindən danışıb. Azərbaycandakı gənclər təşkilatlarının yaradılmasının tarixini xatırladan F. Muradov bu istiqamətdə mərhum prezident Heydər Əliyevin əvəzsiz rolunu qeyd edib.

Ölkə prezidenti İlham Əliyevin gənclərlə bağlı siyasətini şərh edən deputat bildirib ki, hazırda bununla bağlı müvafiq dövlət proqramları qəbul edilib. “Prezident öz çıxışında daima gənclər siyasətinin prioritet istiqamət olduğunu vurğulayıb. Ölkədə bu istiqamətdə aparılan siyasət gənclərin yaxşı təhsil almasına, işləməsinə və sosial tələbatlarının ödənilməsi üçün şəraitin yaardılmasına yönəlib”-deyə F.Muradov vurğulayıb. Ölkədə gənclərin sosial problemlərinin həli üçün dövlət proqramlarının davamlı olacağını deyən F.Muradov deyib ki, həyata keçirlən işlərin uğurlu nəticələri göz önündədir.

Deputat gənclər qarşısında duran əsas vəzifələrdən birinin vətənpərvrlik ruhunun formalaşıdırmaq olduğunu vurğulayaraq bu sırada Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda mübarizənin ilk öncə gəldiyini deyib.

Səmimi dialoq şəklində keçən görüşdə gənclər onları maraqlandıran sualları verib və təkliflərini səsləndiriblər.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024