Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (15-10-2015, 20:54)
Mandatla qurulan BİZNES İMPERİYASI: Mahir Aslanov haqqında bilinməyənlər…

Mandatla qurulan BİZNES İMPERİYASI: Mahir Aslanov haqqında bilinməyənlər…

 

96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı  Mahir Aslanovdur.  Bu deputat da millət vəkili statusu ilə biznes fəaliyyətini qanunlara məhəl qoymadan şulğalaşdıran deputatlar sırasında yer alır.

TİA.AZ saytı 20 may 2015-ci il tarixli məqaləsində  seçicilə və  həm də həmkarlarının  Mahir Aslanovun fəaliyətindən razı olmadıqlarını qeyd edib. Məlumata görə, deputatın başı biznesə qarışıb. Hətta 15 insanın tələfatına səbəb olan yanğınla bağlı bir mövqeyi də olmadı. Digər deputatlar, nazir və müavinləri hadisə yerinə gəlib, açıqlama verib. M.Aslanov isə kommersiya işlərinə görə xalqın faciəsini unudub. Onun qohum-əqrəbasının da vəzifələrdə yerləşməsi göstərir ki, deputatlıqdan daha çox, biznes imperiyasını genişləndirmək fikrindədir. Təsadüfi deyil ki, əmisi oğlu Natiq Aslanov Naftalanın icra başçısıdır. Deputat əmisi oğlu ilə birlikdə Naftalanda sayı-hesabı bilinməyən işlərə imza atıb. Onun rayonun ərazisində bir neçə iri ticarət obyekti və mülkü var.

O, “Kəpəz Group”un sahibi kimi tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəyə nüfuz etməyi bacarıb. “Kəpəz Group” 1992-ci ildə fəaliyyətə başlayıb. “Kəpəz” tikinti, mebel (istehsalı və daşınması), daşıma, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Digər tərəfdən, “Kəpəz” otel, “Happy İnn” otellər şəbəkəsinin də ona məxsus olması barədə məlumatlar yer almaqdadır.

DİA.az 23 may 2015-ci il tarixli yazısında qeyd edib ki, bir sıra millət vəkillərinin  seçiciləri onların üzünə həsrət qalıb. Belə millət vəkillərindən biri də Mahir Aslanovdur. Bu deputat da yalnız parlament seçkiləri ərəfəsində, yəni təbliğat-təşviqat kampaniyası zamanı namizədliyini irəli sürdükləri ərazinin sakinləri ilə görüşür, onlara müxtəlif vədlər verir. Seçki prosesi yekunlaşdıqdan sonra isə onu tapmaq mümkün olmur.

Saytın əldə etdiyi bilgilərə görə, deputat 2010-cu il parlament seçkiləri ərəfəsində seçicilərinə çoxsaylı vədlər versə də, artıq növbəti parlament seçkilərinə günlər qalsa da, Aslanov bir dəfə də olsun ona etimad göstərən şəxslərlə görüşməyib, seçiciləri narahat edən problemləri dinləməyib. Mahir Aslanov Milli Məclisdə nadir hallarda səsi çıxan deputatlardandır: “Elə bu səbəbdən də Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır. Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda isə vaxtını icra hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda ciddi narazılıq yaradıb. Deyilənə görə, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Onun qəbuluna düşmək də müşkül məsələdir. Görünür, Mahir Aslanov vaxtının böyük bir hissəsini biznesinin inkişafına sərf etdiyindən millət vəkili kimi üzərinə düşən işlərinin icrasında maraqlı görünmür”. Mahir Aslanovun onlarla iri yük daşımaçılığı ilə məşğul olan TIR-ları var. İnqilab küçəsində yerləşən “Kəpəz Mebel Evi”, “Kəpəz” otel və “Happy İnn” otellər şəbəkəsi də ona məxsusdur. Eyni zamanda, millət vəkilinin paytaxtın müxtəlif ərazilərində bir neçə hündürmərtəbəli binası var”.

“Deputatın digər oğlu Famil Aslanov isə hüquq-mühafizə orqanlarında çalışır. Lakin buna baxmayaraq, o, bu ilin yanvar ayında idarə etdiyi 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı avtomobili ilə yol hərəkət qaydalarını pozduğu üçün saxlanılıb. Nəticədə onun maşını Badamdarda yerləşən cərimə meydançasına aparılıb. Mahir Aslanovun biznes imperiyasına gəlincə, bu barədə deyilir ki, deputatın Nəsimi rayonu Abbas Səhhət küçəsində yerləşən “Happy İnn” oteli bəzi idarə, təşkilat və müəssisələrin pul “yuduqları” otel kimi tanınır. Bu otel hər zaman müştəri bolluğu ilə seçilib. Ölkəmizə gələn qonaqlar məhz “Happy İnn” otelinə yerləşdirilirlər. Bir sözlə, əldə olunmuş “razılaşma”ya əsasən ölkəmizə gələn idmançılar və mədəniyyət nümayəndələri bu oteldə məskunlaşırlar. Deyilənlərə görə, əcnəbi qonaqların məhz Mahir Aslanova məxsus olan oteldə yerləşdirilməsi “danışıqlar”da iştirak etmiş tərəfləri tam şəkildə təmin edir.

“Kəpəz Mebel Evi”nin dövriyyəsinin kifayət qədər böyük olduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, Mahir Aslanovun nəzarətində olan tikinti şirkəti paytaxtın müxəlif ərazilərində bina işnası ilə məşğul olur və həmin binalardakı mənzillər əhaliyə dəyərindən baha qiymətə təqdim olunur. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı olan əmisi oğlu Natiq Aslanov orta məktəbi zəif oxuyub. Bu səbəbdən də onun Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına öz biliyi ilə daxil olması ciddi şübhə doğurur. Çünki rəsmi sənədlərdə onun bu ali məktəbə nə vaxt daxil olması göstərilməyib və 1993-1994-cü illərin qəbul sənədlərində də Natiq Aslanovun adına rast gəlinmir. Yalnız 1998-ci ildə ali məktəbi bitirdiyi qeyd olunub. Onun hərbi xidmətdə olmasına dair də heç bir bilgi yoxdur. Belə ki, vaxtilə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasınının hərbi kafedrası olsa da, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının həmin hərbi kafedranı bitirib-bitirmədiyi haqda hər hansı informasiya verilmir. Onun hərbi xidmətə yararsızlığı barədə o vaxtkı hərbi komissar Asif İmanovun imzası ilə sənəd alması haqda müəyyən söyləntilər dolaşmaqdadır. Əgər bu fakt doğrudursa, o zaman Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı postunda çalışması qanuna ziddir. Çünki hərbi xidmətə yararsız olan şəxsin bu cür mühüm vəzifədə təmsil olunması qanunla yasaqlanıb”.

Mənbənin “Gündəlik Bakı” qəzetinə bildirdiyinə görə, rəsmi məlumatlarda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının 1998-ci ildə ali məktəbi bitirdiyi, 2000-2004-cü illərdə “Kəpəz” firmasında alqı-satqı üzrə menecer işlədiyi öz əksini tapsa da, Naftalan sakinləri Natiq Aslanovun uzun müddət əmisi oğlu Mahir Aslanovun mebel sexində dülgər işlədiyini qeyd edirlər: “Deyilənlərə görə, Goranboy və Naftalan ərazisindəki əsas gəlir mənbələri Mahir və Natiq Aslanovların, həmçinin onların son vaxtlar Dövlət Neft Şirkətində (ARDNŞ) sürətlə irəli çəkilən qohumu Bədəl Bədəlovun nəzarətindədir. Naftalanlılar da təsdiqləyə bilərlər ki, icra başçısı ilə Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov yeznə-qayındırlar. Bu səbəbdən də əmioğlular Bədəl Bədəlovla qohumluq əlaqələrindən istifadə edərək, Naftalan və Goranboy ərazisindəki biznes obyektlərini, xüsusən də Naftalandakı sanatoriyaları, ticarət mərkəzlərini və restoranlar şəbəkəsini bütövlükdə Dövlət Neft Şirkətinin rəhbər şəxslərinin adına bağlamaqla özlərini mümkün təhlükələrdən sığortalamağa çalışırlar”.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının son vaxtlar şəhərin mərkəzi küçələrində marketlərin tikintisinə də start verildiyi söylənilirdi. Belə ki, Natiq Aslanovun rayonun əsas gəlirli sahələrini qohumlarının ixtiyarına verdiyini iddia edən məlumatlı şəxs bildirib ki, icra başçısı əmisi oğlu Mahir Aslanova biznesini inkişaf etdirmək üçün Naftalan rayonunda münbit şərait yaradıb: “Deyilənlərə görə, Naftalan Vannası Sağlamlıq Mərkəzinə gedən yolun üstündə icra başçısı, millət vəkili və Aslanovlarla yaxın qohum olan bir neçə şəxsin iri obyektləri tikilib. O da qeyd olunur ki, icra başçısı Naftalanın dövlət torpaqlarını zəbt edib və burda həm özü, həm də Mahir Aslanov üçün şəxsi təsərrüfatlar yaradıb. Bu təsərrüfatlar içərisində heyvandarlıqdan tutmuş balıqçılıq sahəsinə qədər hər nə desəniz var və həmin təsərrüfatları başçının yaxın qohumları idarə edir. Əldə olunan bilgilərdə deyilir ki, icra  başçısı şəhərin abadlaşdırılması üçün ayrılan 150 min manat vəsaiti təyinatdankənar xərclərə sərf edib”.

Mahir Aslanovun qapı və mebel istehsalı sahəsində inhisarçıya çevrilməyə çalışdığı da iddia olunur. Bu məqsədlə o, sahibi olduğu “Kəpəz Mebel Evi”nin imkanlarını bir qədər də artırdığı bildirilirdi. Lakin hər dəfəsində onun qarşısına Baba Tağıyevin “Avropa Qapıları” şirkəti çıxıb. Bu səbəbdən də uzun müddətdir ki, Mahir Aslanovla Baba Tağıyev arasında gərgin rəqabət getdiyi söylənilirdi. “Avropa Qapıları” şirkətinin rəhbəri deputat olduğu dönəmlərdə Mahir Aslanov ona güc gələ bilməsə də, bu gün Baba Tağıyevin millət vəkili olmamasından istifadə edən Mahir Aslanov əzəli rəqibini ram etməyi planlaşdırır. Bu məqsədlə deputat yaxın münasibətdə olduğu mətbuat orqanlarına minnətçi düşüb. Belə ki, o, həmin kütləvi yinformasiya vasitələrindən “Avropa Qapıları” və onun sahibi haqda tənqidi materiallar yayımlamağı xahiş edib.

JAM.az saytı 7 aprel 2014-cü il tarixli məqaləsində iddia edib ki,  Aslanovun əsas gəlir yerlərindən biri Nəsimi rayonunun Abbas Səhhət küçəsində yerləşən «Happy İnn Hotel» sayılır. Məlumatlara görə, şəhərin heç də gediş-gəlişi gur olan yerində yerləşməyən bu hoteldə müştəri sarıdan korluq çəkilmir. Səbəbi isə çox sadədir.

TİA.AZ-a məlumat verən mənbəninin sözlərinə görə, Mahir Aslanov Mədəniyyət və Turizm Nazirliyi, Gəncələr və İdman Nazirliyi və bir çox başqa nazirliklərlə anlaşma əldə edib. Həmin anlaşmaya əsasən adları çəkilən nazirliklərin xətti ilə ölkəmizə gələn qonaqlar məhz «Happy İnn Hotel»inə yönləndirilirlər. Xüsusən ölkəmizə gələn idmançılar, başda futbol klubları olmaqla «Happy İnn Hotel»ində yerləşdirilir. Eyni zamanda, ölkəmizə gələn mədəniyyət və şou nümayəndələri də bu oteldə məskunlaşırlar.Mahir Aslanov şişirdilmiş otel qiymətlərini sonradan nəqdləşdirərək əldə olan gəlirin yarısını nazirliklərdəki və idman klublarındakı «dostlarına» geri qaytarır.

ELÇİN

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024