Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-01-2014, 15:54)
Ədalət Partiyası bəyanatla çıxış etdi

Ədalət Partiyası bəyanatla çıxış etdi

Ədalət Partiyası ölkəmizdə səhiyyənin vəziyyəti və əhalinin sağlamlığının qorunması ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir:
Ədalət Partiyası Azərbaycan xalqının rifahının yüksəlməsi yolunda olan obyektiv və subyektiv problemlərin həlli üçün çalışaraq, cəmiyyətimizi narahat edən sosial və iqtisadi məsələlərin həlli yollarını axtarır, şüarbazlıq və tənqid xatirinə tənqiddən uzaq olaraq, reallığı nəzərə alaraq göstərilən sahələrdə vəziyyətin mütəmadi şəkildə müsbətə doğru dəyişməsinin nə cür əldə olunması üsullarını aramqdadır.
İlk olaraq, partiyamız Azərbaycan xalqının ən ağrılı problemlərindən biri olan sağlamlıq məsələlərinin həllini nədə gördüyünü bəyan edir. Bu gün vətəndaşlarımızın sağlamlığını təmin edəcək sistemin qüsurları göz qabağındadır: keyfiyyətsiz tibb təhsili səhiyyə sistemində səriştəsiz həkimlər göndərir, səriştəsiz həkimlər düzgün diaqnostika və müalicə apara bilmədiyinə görə, xəstələr digər üsullara əl atmalı olurlar. Son illər tibb müəssisələlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə milyonlarla vəsait sərf olunur, yeni müasir diaqnostika mərkəzləri tikilir, diaqnostika və müalicə avadanlığı alınır, lakin bir çox halda, səriştəli mütəxəssis çatışmadığından, bu avadanlıq ya yarı gücünə, ya ümumiyyətlə istifadə olunmur. Beləliklə, dövlətin bu sahəyə qoyduğu sərmayənin faydalı iş əmsalı kritik dərəcədə aşağıdır. Bundan başqa, təyin olunan dərmanların qiyməti çox bahadır.
Bütün bunların nəticəsində əhalinin böyük bir hissəsi lazımi tibbi yardım və müalicə ala bilmir, bir çoxları imkansızlıq və çarəsizlikdən özünu müalicəyə əl atır, bəziləri uzun illər qaytara bilmədiyi borca düşür, bəziləri elə həmin xəstəliyə dözə-dözə ölümünü gözləyir, bəzilərində isə vaxtında müalicə edə bilmədiyi xəstəliyi xroniki formaya keçib ömrünün sonunu tezləşdirir. İmkanlı və vəzifəli təbəqənin nümayəndələri, hətta Səhiyyə sisteminin yüksək çinli məmurları rəhbərlik etdikləri struktura etibar etmədiklərinə görə, özlərinin və yaxınlarının müalicəsi üçün xarici ölkələrə üz tutur.
Səhiyyəmizin ümumi səviyyəsinin qənaətbəxş olmaması ilə yanaşı, bu gün orta statistik azərbaycanlı üçün tibbi müalicənin hazırkı məsrəfləri ən ciddi problem sayılır. Bu problem dünyanın əksər ölkələrinin səhiyyə sahəsində geniş tətbiq olunan İCBARİ TİBBİ SIĞORTA SİSTEMİ vasitəsilə həll oluna bilər. Səhiyyənin ümumi səviyyəsinin qaldırılması uzunmüddətli strateji məsələdir və onun həlli üçün kifayət qədər uzun müddət tələb olunur. Məhz tibbi sığorta, səhiyyənin keyfiyyəti səviyyəsinə birbaşa az təsir etsə belə, əhali üçün çox əlverişlidir. İstər xəstəxanada, istərsə də xəstəxanadan kənar müalicə alanda xəstə pul ödəmir. Bəzi xüsusiləşmiş xəstəxanalarda isə tələb olunan məbləğin cüzi bir hissəsi ödənilir.
Təəssüf ki, Azərbaycanda bu sistemə keçid hələ də ləngiyir, halbuki sistemin ölkəmizdə tətbiqi üçün lazım olan bütün hüquqi əsaslar var. Hələ 1999-cu ildə ölkəmizdə "Tibbi sığorta haqqında" qanun qəbul olunub. Eyni zamanda "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli fərmanı da var. Bundan başqa, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı" da hazırlanıb. Bu sənəd isə Nazirlər Kabinetinin 11 avqust 2008-ci il tarixli qərarı ilə təsdiq olunub. Bundan sonra artıq Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.
Dünya təcrübəsinə görə tibbi sığortanın tətbiqi səhiyyə sektorundakı çoxsaylı problemlərin həllini zəruriləşdirir. Azərbaycan səhiyyəsinin də ciddi problemlərdən - pasiyent-həkim münasibətlərindəki bəzi ziddiyyətlər, yüksək səviyyəli mütəxəssis azlığı, həkimlərin sosial qayğıları və digər çatışmazlıqlardan sığortalanmadığı bir ərəfədə icbari tibbi sığortanın tətbiqinin zəruriliyi ortaya çıxır. Maraqlısı odur ki, ölkədəki səhiyyə müəssisələrindəki şərait, həm də iqtisadi potensial "Tibbi sığorta haqqında" qanunun icrasını tam mümkün edir.
Bəs hələ 14 il əvvəl qəbul edilən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqinə nə mane olur?
Nə qədər ki, dövlət və özəl təşkilatlarda işçilərlə işəgötürənlər arasındakı münasibətlər, ələlxüsus “qara maaş” məsələsi var, nə qədər ki özəl sektorda sahibkarlar yoxlayan təşkilatlara mütəmadi olaraq qeyri-qanuni haqq ödəyir, bu məsələ öz həllini tapmayacaq! Onu da nəzərə alaq ki, iqtisadiyyatımızın ən azı üçdə biri kölgə sektoruna aiddir - bu kəsim də heç vaxt rəsmi münasibətlər tələb edən icbari sığortaya müraciət etməz. Rəsmən çalışan heç bir sahibkar da rəsmi vergiləri və sosial ayırmaları, üstəgəl qeyri-rəsmi “rüsumları” ödədikdən sonra sığorta şirkətlərinə öz işçilərinin icbari sığortası üçün pul ödəmək həvəsində olmayacaq. Əks halda sahibkarlar qısa müddətə müflis olarlar.
Yəni, yeni yaradılmış Agentlik nə vaxtsa tam gücü ilə işləməyə başlasa belə, əsas icbari sığorta yükü yenə də işəgötürənlərin payına düşür və onların əlavə məsrəflərdən boyun qaçırması iqtisadi cəhətdən başadüşüləndir. Bu problem icbari tibbi sığortanın geniş tətbiqi yolunda əsas maneə olduğundan, elə ilk növbədə həll olunmalı, yoxlayan təşkilatlar korrupsiya əməllərindən əl çəkməli, sahibkarlar üçün əlavə stimullar yaradılmalı, hətta vergi yükünün azaldılması məsələlərinə yenidən baxılmalıdır.
Şərait yaratmaq lazımdır ki, insanlarımız səhiyyə sistemində müalicə üçün əziyyət çəkməsinlər. Bunun da yeganə yolu tibbi sığortanın tezliklə və tam miqyasda tətbiq edilməsidir! "Mediatv.az"шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024