Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (28-04-2015, 20:22)
“Neftin qiymətlərinin azaldığı dövrdə...”- İlham Əliyev

“Neftin qiymətlərinin azaldığı dövrdə...”- İlham Əliyev

 

“Azərbaycan iqtisadiyyatı neftin qiymətləri azaldıqdan sonra da güclü olaraq qalır”. 

 

“Mediatv.az”in Trend-ə istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb: “İqtisadiyyatı şaxələndirməyə və enerji sektorundan asılılığı azaltmağa nail olduq. Enerji sektoru bizim ÜDM-in təqribən 30 faizini təşkil edir. Şaxələndirmə siyasəti əhəmiyyətli tərəqqiyə gətirib çıxardı və hətta hazırda neftin qiymətlərinin azaldığı dövrdə Azərbaycan iqtisadiyyatı cari ilin I rübündə 5 faizdən çox artıb. Şaxələndirmə, investisiya siyasəti və müasir infrastrukturun, əlverişli biznes mühitinin yaradılması yolu ilə özümüzü neftin dəyişkən qiymətlərindən qorumağa nail olduq”.

Prezident qeyd edib ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir: “Biz müstəqillik illərində 200 milyard dollardan çox investisiya əldə etmişik. Ötən il isə bu rəqəm 27 milyard dollardan çox olub və bu vəsaitin 30 faizini birbaşa xarici investisiyalar təşkil edib”.

İlham Əliyev əlavə edib ki, Azərbaycan xarici investorlar üçün çox cəlbedici ölkədir, çünki ölkədə yaxşı biznes, investisiya mühiti var: “Biz hazırda 5 faizdən az olan işsizliyi, demək olar, aradan qaldıra bildik, 2015-ci ildə yoxsulluğun səviyyəsini 2003-cü ildəki 49 faizdən 5 faizədək azaltmaq təsiredici oldu”.

Dövlət başçısı deyib ki, iqtisadi və siyasi islahatlar, eyni zamanda, çox fəal sosial siyasət və insanların sosial müdafiəsi, enerji sektorunun inkişafından gəlirlərin əldə edilməsində və dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq da ölkənin inkişafında böyük rol oynadı: “Biz yaxın illərdə şaxələndirməyə böyük diqqət ayıracağıq və hökumətimizin diqqətində olan sahələr müasir texnologiyalar və kənd təsərrüfatıdır”.

Prezident bildirib ki, Azərbaycan artıq kosmik sənayenin inkişaf etdiyi ölkədir: “Bizim iki peykimiz var və kosmik sənayenin tez bir zamanda inkişafı planlarımızın göstəricisidir. Əhalimizin sayı, iqtisadiyyatımız artır. İqtisadiyyat əhalinin sayından tez artmalıdır, əks halda hansısa məqamda çətinliklərlə üzləşəcəyik. Beləliklə, biz heç vaxt rahatlaşmamalı, səylə çalışmalı, dövlətçiliyimizi, müstəqilliyimizi möhkəmləndirməliyik. İqtisadi müstəqillik bizə müstəqil xarici siyasət yürütməyə imkan verir, çünki siz zəif və asılı olarkən təzyiq altında olacaqsınız”.

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024