Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-02-2015, 13:10)
Artur Rasizadə dəyişiklik etdi- Qərar

Artur Rasizadə dəyişiklik etdi- Qərar

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət kitabçası” haqqında Əsasnamə”də dəyişikliklər edilib. 

 

“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, baş nazir Artur Rasizadənin imzaladığı qərar “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 318 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədini daşıyır. 

Qərarda deyilir: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, №12, maddə 748; 2008, №8, maddə 779; 2011, №6, maddə 570; 2014, №2, maddə 201) ilə təsdiq edilmiş “Nəzarət kitabçası” haqqında Əsasnamə”də  aşağıdakı dəyişikliklər edilsin:

1.  2.6-cı bənd ləğv edilsin.

2.  2.8-ci bəndin ikinci cümləsi çıxarılsın.

3. Əsasnaməyə əlavə - “Nəzarət Kitabçası” üzrə:

3.1. 5-ci sütun çıxarılsın;

3.2. 7-ci və 9-cu sütunlardan “və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin imzası” sözləri çıxarılsın;

3.3. 10-cu sütundan “(İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin)” sözləri çıxarılsın.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024