Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (15-01-2015, 20:48)
Sabunçunun icra başçısı deputata növbəti zərbəsini hazırlayır - Çəkişmə...

Sabunçunun icra başçısı Adil Vəliyev Hacı Qalib Salahzadəyə son zərbələrini vurmağa hazırlaşır

Bu barədə AzFakt.com-a daxil olan məlumata əsasən bu şəxslər arasındakı qarşıdurmason zamanlar yenidən pik həddə çatıb. Qarşıdurmanın yenidən alovlanmasına səbəb isə deputatın oğlu və son bələdyiyə seçkiləri olduğu bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Sabunçunun icra başçısı ilə Hacı Qalib Salahzadə arasında Bilgəh bələdiyyəsinə nəzarət etmək uğrunda böyük qalmaqal mətbuata sızmışdı və bu qalmaqaldan sonra Hacı Qalib Salahzadə mətbuata icra başçısı ilə bağlı açıqlamalar vermişdi. Daha sonra isə millət vəkili icra başçısı ilə problemlərinin olmadığını dilə gətirərək qalmaqalı ört-basdır etməyə cəhd etmişdi.

Daxil olan məlumata əsasən həmin dövrdə ciddi səhv bəyanatlar verdiyinə görə qınaq obyektinə çevrilən və buna görə də geri çəkilən Hacı Qalib Salahzadə yenidən Adil Vəliyevə qarşı savaş bayrağı qaldırıb. Mənbə buna iki məsələninin səbəb olduğunu bildirir. Birinci səbəb Adil Vəliyevin Hacı Qalib Salahzadənin oğlunu işdən azad etməyə çalışmasıdır. Belə ki, mənbənin iddasına əsasən Sabunçu rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsində çalışan Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə Adil Vəliyevi saymır. Onun aylarla işə gəlmədiyi deyilir.

Məlumatlı mənbə bildirir ki, icra başçısı Adil Vəliyev bir neçə dəfə Əliabbas Salahzadəni tutduğu vəzifədən azad etmək istəsə də buna nail olmayıb. Çünki hər dəfə Adil Vəliyevin planalrına Prezident Adminstrasiyasından gələn “zəng” əngəl olub. Hətta icra başçısının bu yaxınlarda Əliababs Salahzadəni başqa bir şöbəyə keçirmək istəyi də baş tutmayıb.

Məlumatlı mənbə qeyd edir ki, Əliabbas Salahzadə əslində işində ciddi qabiliyyətli bir kadr olsa da, Adil Vəliyevin icra hakimiyyətində özünü “padşah” kimi aparması və işçiləri ilə çox yuxarıdan danışması millət vəkilinin oğlunun xoşuna gəlməyib. Məhz buna görə də deputat oğlu olan şöbə müdiri ayda iki üç dəfə işə gəlməklə kifayətlənir. Son aylarda Adil Vəliyevlə Hacı Qalib Salahzadə arasında bu məsələ ilə bağlı münasibətlər yenidən gərginləşdikdən sonra Ə. Salahzadənin ümumiyyətcə işə gəlmədiyi bildirilir. Buna baxmayaraq, icra başçısının geri addım atmaq niyyətində olmadığı da bildirilir. Belə ki, Adil Vəliyevin Əliababs Salahzadənin əməlləri barədə «dosye» hazırlatdığı və yanvarın sonlarında həmin «dosye»ni Prezident Adminstrasiyasına təqdim edəcəyi gözlənilir.

Adil Vəliyevlə Hacı Qalib Salahzadə arasında ikinci ən böyük məsələ bələdiyyə seçkilərindən sonra Bilgəhdə yaranmış vəziyyətdir. Belə ki, Adil Vəliyev uzun illərdən bəri Hacı Qalib Salahzadənin nəzarətində olan Bilgəh qəsəbəsini öz nəzarətinə keçirmək üçün bütün imkanlarını səfərbər edib. Bələdiyyə seçkilərinin nəticəsi olaraq Hacı Qalib Salahzadənin ən yaxın adamı olan və qəsəbəni tam olaraq nəzarətində saxlayan Bilgəhin bələdiyyə sədri Fazil Rüstəmov öz postunu itirib. Onun yerinə isə Rövşən Quliyev keçirilib. Hazırda isə Adil Vəliyev Bilgəh icra nümayəndəsinin müavini vəzifəsində işləyən Mehman Salahzadəni işdən azad etməklə Bilgəhi tam olaraq öz nəzarətinə keçirməyi planlaşdırır. Qeyd edək ki, Mehman Salahzadə Hacı Qalib Salahzadənin qardaşı oğludur.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
 

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024