Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (16-02-2017, 14:44)
Nikaha girmək istəyən 4649 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb

 

Mediatv.az:  Səhiyyə Nazirliyinin məlumatına görə,"2015-2020-ci illər üçün Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı”nın həyata keçirilməsi işində talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti xeyli yüksəlib, donor qanı ilə təminatı tam həll edilib. Bundan başqa, xəstələrin müalicəsi üçün dünyada mövcud olan 3 çeşidli dəmirqovucu preparatlardan istifadə davam edib. Əhalinin tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə Mərkəzi Qan Bankının 7 bölgə bölmələrində qanın irsi xəstəliklərinin müalicəsi üzrə kabinetlər təşkil edilib, nəticədə müalicə üçün xəstələrin və onların valideynlərinin tez-tez Bakıya gəlmək ehtiyacı aradan qaldırılıb.

 

Eyni zamanda postransfuzion reaksiya və ağırlaşmaların qarşısını almaq məqsədilə xəstə və donor qanı arasında uyğunluğu yoxlamaq məqsədilə çarpazlıq testi və minor eritrosit antigenlinin təyin edilməsi tətbiq edilib. Nikaha daxil olmaq istəyən şəxslər arasında talassemiya daşıyıcılarının aşkar edilməsi və onlara həkim məsləhətinin verilməsi də atılan ən düzgün addımlardan biridir. Belə ki, il ərzində 143694 nikaha daxil olmaq istəyən şəxs müayinədən keçib, onların 4649-nda talassemiya daşıyıcılığı aşkar edilib. Bu şəxslərin hamısına ayrı-ayrılıqda tibbi-genetik həkim məsləhəti verilib.

 

Respublika Talassemiya Mərkəzində 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsinə-sümük iliyi transplantasiyasına başlanıb. Artıq 42 xəstəyə sümük iliyi transplantasiya əməliyyatı icra olunub.

 

Ölkəmizdə prenatal diaqnostika da tətbiq edilib. Beləki, döl materialı Respublika Perinatal Mərkəzində hamilə qadınlardan götürülür, döl materialının molekulyar-genetik müayinəsi ET Hematologiya və Transfuziologiya İnstitutunda icra edilir. İl ərzində nikaha daxil olmaq istəyən 42 çütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyən edilib.  

 

Nikahdan öncə müayinələrin tətbiqi nəticəsində hər iki valideyndən talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb. Əgər 2014-cü ildə Talassemiya Mərkəzində 317 homoziqot xəstə qeydiyyata götürülmüşdürsə, 2016-cı ildə belə xəstələrin sayı 100 olub.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024