Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Karusel (26-07-2014, 21:22)
Növbəti villa açıqlaması- “Almışam, yaxşı eləmişəm”

 

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun “Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimovun Novxanıda yerləşən 4,5 milyonluq villasını alması mətbuatın gündəmindən düşmür. 

 

Mediatv.az ın xəbərinə görə, teleqraf.com Bayram Səfərova yenidən müraciət edərək yayılan məlumatlara münasibətini öyrənib.

- Bayram müəllim, ATV-nin keçmiş prezidentinə məxsus olmuş qiyməti milyon dollarlarla ölçülən villanı almağınız mətbuatın gündəmindən düşmür. (Fikrimi tamamlamağa imkan vermir)

- Nə yazırlar?

- Yazırlar ki, Bayram Səfərovda bu qədər pul hardandır?

- Qələt edirlər. Bu, mənim şəxsi işimdir.

- Axı siz Şuşa İcra Hakimiyyətinin, Qarabağın Azərbaycan icmasının başçısısız?

- Nə olsun? Mən villa ala bilmərəm? Almışam, yaxşı eləmişəm, bunun kimə nə dəxli var.

- Maaşınız buna imkan verir?...

- A kişi, gedin öz işinizlə məşğul olun.

- Bizim işimiz elə belə məqamlarda sizə sual ünvanlamaqdır.

- Mənim şəxsi işimə qarışa bilməzsiz.

- Dövlət büdcəsindən maaş alan məmurun villa alması şəxsi işdir?

- Bəli, şəxsi işdir, mən icra başçısı olmaqla bərabər, sizin kimi insanam.

- Axı mənim nəinki villa, ev almağa belə imkanım yoxdur.

- İşləsəniz olar, sağ olun.

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024