Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (1-07-2014, 18:28)
Milli qəhrəmanın qızı deputat-rektora qarşı – Müsahibə

 

Bu gün “Odlar Yurdu” Universitetində təhsil alan Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın universitetə olan 2 min borcunu ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması ilə bağlı xəbər vermişdik. Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev isə tələbənin kəsirlərinin olduğu üçün imatahana buraxılamdığını deyib. “Qafqazinfo” xəbər verir ki, Adolat Aznaurova AZXEBER.COM-a müsahibə verib. 

 

- “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyev bu gün portalımıza verdiyi açıqlamada iddia edir ki, sizin imtahanlardan kəsrləriniz var. Və buna görə də dövlət imtahanına buraxılmırsınız.

- Xeyr, bu tamamilə yanlış məlumatdır. Mənim universitetdə sənədlərim var. Oradan da baxa bilərsiniz. Mənim heç bir kəsirim yoxdur. Məni imtahana maliyyə şöbəsinin imzası olmadığı üçün buraxmırlar. Onlar deyirlər ki, gərək mən universitetə olan borcumu ödəyim ondan sonra məni imtahana buraxacaqlar.

-   Siz  universitetə olan 2 min manat təhsil haqqını ödəməmisiniz?

- Bilirsiz, mən ABU-da axırıncı kursda oxuyanda təhsil haqqımı ödəmişdim. Sonra universitet bağlandı və bizi buraya köçürdülər. “Odlar Yurdu” universitetində mənə dedilər ki, sən universitetlə müqavilə bağlamalısan. Mən də bağladım. Sonra dedilər ki, təhsil haqqı olan 2 min AZN-i verməlisən. Mənsə onlara ABU-dakı təhsil haqqımı ilin əvvəlində ödədiyimi dedim. Universitetdən isə mənə məbləği ödəməli olduğumu dedilər.

- Rektorla görüşüb bu probleminizi özünə demisinizmi?

- Əvvəlcə onu deyim ki, rektor məni tanıyır. Qəbulunda anamla bir yerdə 5 dəfə olmuşuq. Axırıncı dəfə dünən qəbuluna düşmək istədim. Köməkçisi Səbuhi müəllim mənim adımı yazıb gözləməyimi istədi. 3 saat keçəndən sonra Əhməd müəllim öz otağından çıxdı. Bizi görsə də qəbula buraxılmamağımızı tapşırdı.

- Universitet rəhbərliyi sizin milli qəhrəmanın qızı olduğunuzu bilir?

- Bəli, bilirlər. Mən dəfələrlə onlara da demişəm ki, atam milli qəhrəmandır.

- Siz ümumiyyətlə təhsil haqqını ödəmək istəmirdiniz yoxsa...?

- Xeyr, mən təhsil haqqını ödəyəcəyimi dedim. Sadəcə sentyabra qədər mənə vaxt vermələrini onlardan xahiş etdim. Heç bir kəsrim olmaya-olmaya məni dövlət imtahanına buraxmırlar. 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024