Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (27-05-2014, 20:23)
“Cümhuriyyət hökuməti Azərbaycanı bölünməkdən xilas etdi” - TARİX

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümü keçirilir. 
Tarixçi millət vəkili Fəzail İbrahimli Hafta.az-a AXC-nin Azərbaycan və dünya tarixindəki rolundan danışdı.


F.İbrahimli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti təkcə tarix deyil:

“Bu adi günlərdən biri deyil. 1918-ci ildə baş verən hadisələr millətin şərəf və ləyaqət tarixidir. 
Rus imperiyası dağılıb, onun əsarətində olan xalqlar taleyin ümidinə buraxılıb. Hər bir xalq özü-öz taleyini müəyyən etməli idi. Cənubi Qafqazda olan ermənilər və gürcülərdən fərqli olaraq, Azərbaycanda situasiya fərqli idi. Gürcüstanı Almaniya müdafiə edirdi. Ermənistanı isə Amerikada olan ermənilər müdafiə edirdi. Azərbaycan nəinki sahibsiz bir ölkə idi, eyni zamanda, bölünmək təhlükəsi qarşısında idi. 100 il Çar Rusiyasının əsarətində qalan, ordusu, təhsili, ziyalısı az olan bir millət kimi Bakıya xüsusi olaraq iti caynaqlar uzanırdı. 

Ölkənin şimal hissəsində başqa dövlətlərin gözü var idi. Bütün bunların fonunda məsələni tarix çox kəskin qoymuşdu. Bu tarixi həqiqəti dərk edən Avropada qabaqcıl təhsil keçmiş, Rusiyada demokratik düşüncələrə sahib olan Azərbaycan ziyalıları ayağa durdu. Zaqafqaziya seyminin dağılması məsələni çox kəskin qoydu. Nəticədə Tiflisdə Azərbaycan hökuməti elan edildi”. 

Tarixçi alim vurğulayıb ki, Azərbaycan həmin vaxt istiqlalı elan etməklə, itirilmiş dövlətçiliyini bərpa edib: 

“Başqa bir ölkədə ordusu olmayan dövlətin qarşısına belə bir taleyüklü məsələ qoyuldu. Dünyaya bəyanat verərək, öz istiqlalını elan etdi. Bu bəyanatın nəticəsində Azərbaycan itirilmiş dövlətçiliyini bərpa etdi. Milləti bölünmək təhlükəsindən qurtardı. Dünya dövlətləri içərisində sırada durmaq istəyini ifadə etdi. Bu düşüncə ola bilərdi ki, kağız üzərində bir bəyanat kimi qalsın. 
Amma bu mümkün olmadı. Çünki Türkiyənin Qafqaz siyasəti ilə Azərbaycan istiqlalı üst-üstə düşdü. Qafqaz İslam ordusu yaradıldı. Tiflisdə elan olunandan 18 gün sonra hökumət Gəncəyə köçürüldü. Ölkənin bir qütbündə Milli Şura fəaliyyət göstərir, Bakıda isə Şaumyanın başçılığı altında böyük hərbi qüvvəsi olan, Moskvadan idarə olunan Qafqazın hakimi və mart soyqırımını törədilən millətin genetik kodunda bir zərbə yaradan hadisə vardı. Bu soyqırımdan iki ay sonra bu hadisələr baş verdi”. 

Millət vəkili “Bakı hadisələrini” millətin özünəqayıdışı kimi qiymətləndirib:“Şaumyan dərk edirdi ki, əgər Gəncədəki hökumət beşiyində boğulmasa, xalqın çox hissəsi onları müdafiə edəcək. Bununla da o, öz hakimiyyətini qura bilməyəcəkdi. Qərara aldı ki, Gəncəyə hücum etsin. Böyük hərbi qüvvə Gəncəyə doğru hücuma başladı. Qafqaz İslam Ordusu ilə erməni daşnakların qüvvələri Göyçay yaxınlığında toqquşmada məğlub olduqdan sonra istiqlalın işığı yanmağa başladı. 
Bakı ətrafına gəlib çıxsa da, Qafqaz İslam Ordusuna müttəfiqi olan Almaniya 3 ay müddətinə icazə vermədi. Danışıqlar gedirdi və Qafqaz İslam Ordusu böyük iradə göstərərək, Bakıya daxil oldu. Bununla da Bakı erməni hakimiyyətindən təmizləndi. Millətin özünəqayıdış prosesi başladı”. 

Fəzail İbrahimli Cümhuriyyət qurucularının tarixdəki əhəmiyyətlərini xüsusi vurğulayıb: 
“Cümhuriyyətin liderlərinin təkcə hökumət qurmaları yox, tarixi şəxsiyyət kimi rolları çox böyükdür. Bir faktı deyim, ingilislər Bakıya girəndə başçıları Tomson AXC-ni tanımadığını bəyan etdi. Bunu bir qrup türk zabitlərinin və Azərbaycan intriqantlarının qurduğu hökumət kimi qiymətləndirdi. Amma bir ay sonra Fətəli xan Xoyskinin diplomatik cəhdləri nəticəsində öncəki bəyanatından imtina etdi. Tomson Xoyskinin rəhbərlik etdiyi hökuməti qanunu hakimiyyət kimi tanıdı. Bununla da Azərbaycan Cümhuriyyəti özünün proqramları və islahatlarını həyata keçirmək istəyini bildirdi”. 

F.İbrahimli AXC-nin islahatları və dövlətçiliyə töhfələri haqda da danışıb:“Cümhuriyyət hökuməti Azərbaycanın sərhədlərini müəyyən etdi. Həmin vaxt cümhuriyyət yaranmasaydı, Azərbaycanın bölünmə ehtimalı var. Cümhuriyyət hökuməti Azərbaycanı bölünməkdən xilas etdi. Azərbaycanın təhsilində, iqtisadiyyatında, parlament quruculuğunda və s. elə böyük addımlar atıldı ki, bu dünyaya nümunə oldu. Amerika parlamenti qurandan 15 il sonra demokratik dəyərlərə üstünlük verdi”. 

Fəzail İbrahimli sonda qeyd edib ki, AXC 23 ay ərzində 23 illik iş görüb: “AXC türk və İslam dünyasında ilk demokratik respublika idi. 23 aydan sonra aprel işğalı baş verdi. Cümhuriyyət qurulmasaydı, Azərbaycan SSRİ-nin tərkibində respublika yox, əyalət formasında qalacaqdı. 1991-ci ildə Azərbaycan müstəqil olanda sərhədlərini də cümhuriyyətin əsasında qurdu. Cümhuriyyətin ən böyük xidməti dövlət sərhədlərini müəyyən etmək oldu. İndi də hansısa bir tələb irəli sürəndə cümhurriyyətə əsaslanırıq. Həmin vaxtın tarixi şəxsiyyətləri 23 ay ərzində 23 ilin işini gördülər. Onlar varlıqlarını millətin yolunda qurban verdilər və milləti xilas etdilər”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024