Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (22-05-2014, 18:33)
“Səhvini başa düşənlər əfv ediləcək”- Komissiya üzvü

“Səhvini başa düşənlər əfv ediləcək”- Komissiya üzvü

 

Düşünürəm ki, bu dəfə də cənab prezident əfvlə bağlı böyük sərəncam imzalayacaq 

Xəbər verdiyimiz kimi, dünəndən etibarən Əfv Komissiyasının iclasları başlayıb. “Mediatv.az” iclaslarda müzakirə edilən məsələlərlə bağlı Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyevlə müsahibəni təqdim edir:

- Ölkə başçısı İlham Əliyevin AŞPA-nın yay sessiyasında çıxışı gözlənilir. Belə məlumatlar var ki,  sessiyadan öncə Azərbaycanda olan siyasi məhbuslar əfv ediləcək. Siz necə düşünürsünüz?

- Əvvəla onu qeyd edim ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bəzi qüvvələr Azərbaycana təzyiq üçün bu məsələni qabardırlar. Amma Azərbaycan tərəfi  AŞPA-nın həmməruzəçiləri ilə birgə müəyyənləşdiriblər ki, belə bir məsələ yoxdur. AŞPA-da Avropada siyasi məhbus məsələsi ilə bağlı xüsusi qətnamə qəbul olundu.  Bunun Azərbaycanla heç bir bağlılığı yoxdur. Bildiyiniz kimi, əfv məsələsi ölkə prezidentinin konstitusion səlahiyyətidir. Ölkə başçısı  Azərbaycanda vətəndaş həmrəylini daha da möhkəmləndirmək üçün bu səlahiyyətindən istifadə edərək humanist addım atır. Hansı insanlar ki səhv ediblər və səhvini anlayıblar, islah olunublar və çalışırlar ki, bundan nəticə çıxarsınlar, onlarla bağlı addımlar atılır. Düşünürəm ki, bu dəfə də cənab prezident əfvlə bağlı böyük sərəncam imzalayacaq.

- Əfv siyahısında qalmaqallı həbsi ilə gündəmə gələn, beynəlxalq təşkilatların hesabatına düşən İlqar Məmmədov, Tofiq Yaqublu, NiDA-çılar, Əli İnsanovun adları varmı?  Bunlar daim Avropanın diqqətindədir.  Bu adamlardan kiminsə əfv ediləcəyi gözlənilirmi?

- Mən konkret adlar çəkmək istəmirəm. Sadaladığınız adlarla bağlı məhkəmə qərarlarına baxsaq, orda hər kəsin konkret olaraq cinayət məcəlləsi ilə törətdikləri cinayətə qiymət verilib. Onların hər hansı ictimai-siyasi fəaliyyəti ilə bağlı məhkəmələrin qərarı yoxdur. O ki qaldı kimlərinsə siyahısına, mən çox təəssüf edirəm ki, bu siyahılar həmişə Azərbaycanla bağlı olur. Ermənistanda gülləbaran olur, prezidentliyə namizəd, parlament güllələnir, amma həmin beynəlxalq təşkilatlar Ermənistanı heç nə olmamış kimi bəh-bəhlə təqdim edirlər.  Məqsəd ondan ibarətdir ki, Azərbaycanı Ermənistanla bağlı münaqişədə  elə bir vəziyyətə gətirsinlər ki, ölkəmizə həmişə təzyiq edə bilsinlər. Çünki bu gün Azərbaycan dünyada çox fəal ölkə kimi tanınır. Azərbaycan tərəfi daim açıq və şəffafdır.  Biz  həmişə onları dəvət edirik ki, gəlin vəziyyətlə tanış olun.  Hesabat yazanda isə tamamilə başqa mənbələrdən, meyarlardan istifadə edirlər. Ona görə də heç bu məsələləri müzakirə etmək istəmirəm. Çünki dəfələrlə bunu onların özləri ilə açıq şəkildə müzakirə etmişik.

- Sizin cavabınızdan belə anlaşılır ki, adları çəkilən şəxslərlə bağlı o qədər də ümidli olmaq lazım deyil...

- Yox, bu o anlama gəlmir. Hər bir Azərbaycan vətəndaşına kimliyindən, əməlindən, irqindən, siyasi baxışından asılı olmayaraq Azərbaycan prezidenti bəyan edib ki, o hər bir azərbaycanlının prezidentidir. Buna görə də humanist addım törətdiyi əməldən, siyasi baxışından asılı olmayaraq hamıya şamil edilir, əgər buna imkan varsa.

- Və sizin də dediyiniz kimi, adam əgər səhvini başa düşübsə...

- Birmənalı şəkildə...

- Söhbət Mayın 28-də ediləcək əfdən gedir...

- Yox, mən düşünmürəm ki, bu hər hansı bayramlarla bağlıdır.  İnsanların həmişə arzusu olur ki, bayramqabağı xoş bir hadisə olsun, xüsusilə də məhbuslarla bağlı. Biz də çox istərdik ki, cinayət törədən, həbs edilən olmasın. Olanlar da tezliklə öz ailələrinə qovuşsunlar, cəmiyyətdə fəaliyyət göstərsinlər.

- Siz dünən keçirilən iclasda iştirak etmisinizmi?

- Komisssiyanın üzvləri daima iclaslarda iştirak edir.

- Növbəti günlərdə iclas keçirilməsi nəzərdə tutulurmu?

- Komissiya işi həmişə var. Müraciətlər daxil olur.  Onlara rəylər verilir. Komissiya üzvləri də bu işlərə baxır. Yekunlaşdıqdan sonra isə öz təkliflərini verirlər. Yəni komissiyanın iclasları  kəsilməz olaraq davam edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024