Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Müsahibə (13-12-2016, 14:16)
“Aprel müharibəsi İsrailin qardaş ölkənin arxasında olduğunu göstərdi”

Mediatv.az:  “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Publika.az-a müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərini şərh edib.

- Bu səfər ikitərəfli münasibətlərə necə təsir edəcək?

- İsrailin Baş nazirinin Azərbaycana səfərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu səfərlə ikitərəfli münasibətlərdə yeni səhifə açılacaq. Bundan sonra siyasi, hərbi-texniki əməkdaşlıq, həmçinin, iqtisadi əlaqələr daha da güclənəcək. Aprel müharibəsi Azərbaycanın dostunun kim, düşməninin kim olduğunu göstərdi. Sirr deyil ki, Azərbaycan-İsrail arasında hərbi-texniki əlaqələr yüksək səviyyədədir və bu əlaqələr bundan sonra da davam edəcək.

- Amerikada Donald Tramp prezident seçildi. O, İranla nüvə proqramının ləğv olunmasını istəyir. Bunun fonunda İranın Ermənistanla əlaqələri göz qabağındadır. Necə hesab edirsiniz, İsrailin Baş nazirinin Bakıya səfəri regionda siyasi prosesləri hansı məcraya yönəldəcək?

- Azərbaycan-İsrail əlaqələri heç vaxt üçüncü ölkəyə qarşı yönəlməyib. İkitərəfli münasibətlərin başında çox yaxşı siyasi dialoq dayanır. Həmçinin, güclü iqtisadi əlaqələr mövcuddur. Eyni zamanda, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı da yüksək qiymətləndirilməlidir. İranla bağlı isə hər şey aydındır. Misal üçün, Netanyahunun Azərbaycana səfərindən sonra İran prezidenti Ermənistana səfər edəcək. Bunun özü Azərbaycanın dostunun kim olduğunu sübut edir. Donald Trampın prezident seçilməsinə gəlincə, deyə bilərəm ki, bu, həm İsrail, həm də Azərbaycan üçün önəmlidir. Çünki bu günə qədər ABŞ administrasiyası nə Yaxın Şərqdə, nə də Cənubi Qafqazdakı hadisələri düzgün qiymətləndirirdi. Tramp İsrail dövlətinin və yəhudi xalqının böyük dostudur. Bunu hər zaman söyləyir. İnanıram ki, Tramp İsrail-Azərbaycan münasibətlərinin inkişafında da böyük rol oynayacaq.

Eyni zamanda, qeyd edim ki, ABŞ-da güclü yəhudi lobbisi fəaliyyət göstərir. Son dövrlər Azərbaycanla yəhudi diasporunun sıx əməkdaşlığı mövcuddur. Bu ilin 12 sentyabr tarixində Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder Bakıya səfər etmişdi. Azərbaycan Prezidenti ilə yüksək səviyyəli görüşlər oldu. Netanyahunun səfərindən sonra da bu əlaqələr inkişaf edəcək.

- İki ölkə arasında iqtisadi əlaqələri necə qiymətləndirirsiniz?

- İqtisadi əlaqələr inkişaf edir. Həmçinin, İsrail Azərbaycana iqtisadi baxımdan çox yardım edə bilər. Həm kənd təsərrüfatı, həm səhiyyə, həm də digər sahələrdə İsrailin innovativ işləri Azərbaycanda da tətbiq oluna və bəhrəsini verə bilər.

- Səfər çərçivəsində Fələstin-İsrail, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi də gözləniləndir. İki lider münaqişələrin həllinə hansı töhfələri verə bilər?

- Aydındır ki, liderlər həm Dağlıq Qarabağ, həm də Fələstin-İsrail münaqişələrini müzakirə edəcəklər. Onu deyə bilərəm ki, İsrail hər zaman Azərbaycanın yanındadır, onun ərazi bütövlüyünü tanıyır və bunu ən yüksək səviyyədə bildirir. Aprel müharibəsi də İsrailin qardaş ölkənin arxasında olduğunu göstərdi. Məhz buna görə, Ermənistanda anti-İsrail isteriyası yaranıb. Lakin buna baxmayaraq, İsrail-Azərbaycan münasibətləri inkişaf edir. Yəhudi lobbisi də Azərbaycanla bağlı məsələlərdə İsrailə dəstək verdiyi kimi dəstək verir.

- Azərbaycan Fələstin-İsrail, İsrail də Qarabağ münaqişəsinin həllində hansısa rol oynaya bilərmi?

- Bu bir qədər çətin məsələdir. İsrailin Qarabağ münaqişəsinin həllində nəsə edə biləcəyi çətin olduğu kimi, Azərbaycanın da Fələstin-İsrail münaqişəsində nəsə etməsi çətindir. Fələstin-İsrail münaqişəsi bu günün yox, 60-70 ilin münaqişəsidir. Azərbaycan bu regiona yaxın olsa da, təsir imkanları yoxdur. Hesab edirəm ki, Azərbaycan-İsrail münasibətlərinin özünün inkişafı hər iki ölkənin problemlərinin həllinə gətirib çıxara bilər.


Reklam
Xəbər lenti
Dünən, 22:11
Dünən, 21:58
Dünən, 21:14
Dünən, 20:15
Dünən, 19:14
Dünən, 18:14
Dünən, 17:46
Dünən, 17:32
Dünən, 17:13
Dünən, 16:45
Dünən, 16:29
Dünən, 16:16
Dünən, 15:48
Dünən, 15:29
Dünən, 15:18
Dünən, 14:46
Dünən, 14:39
Dünən, 14:31
Dünən, 14:10
Dünən, 13:49
Dünən, 13:36
Dünən, 13:15
Dünən, 12:44
Dünən, 12:30
Dünən, 12:14
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı