Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Karusel (11-05-2014, 10:07)
Dadaş Rzayev: “Rus generalı Heydər Əliyevi görəndə qaçıb gizlənirdi” - MÜSAHİBƏ

Bu gün Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 91-ci ildönümüdür. Azərbaycan Respublikası Veteranlar Şurasının sədri, sabiq müdafiə naziri, ehtiyatda olan general-mayor Dadaş Razayev ulu öndərlə bağlı təəssüratlarını Hafta.az-ın əməkdaşı ilə bölüşüb. Həmin müsahibəni təqdim edirik:

- Söhbətə Heydər Əliyevlə bağlı bir xatirənizlə başlayaq.

- Ümumiyyətlə, ulu öndərlə bağlı xatirələrim, təəssüratlarım çoxdur. Ona görə də heç bilmirəm hansından başlayım. Ancaq indiyə kimi mətbuata danışmadığım bir xatirəni sizinlə bölüşəcəyəm. 1970-ci ildə artıq Heydər Əliyev bir il idi ki, Azərbaycanın birinci katibi işləyirdi. O zamanlar mən də Hərbi Akademiyaya daxil olmaq üçün sənədlərimi vermişdim. Akademiyaya qəbul olmaq üçün nəzərdə tutulan bütün tələblərin öhdəsindən uğurla gəlirdim, ancaq təkcə rus dilindən yazılı imtahandan keçə bilmirdim. Çox kədərlənmişdim. Heydər Əliyev bunu eşidən kimi imtahan götürən şəxslərə bildirdi ki, sizin özünüz heç rus dilində dərin savada sahib deyilsiniz. Hələ rus dili sizin doğma dilinizdir. Bəs 10 il Azərbaycan dilində təhsil alan bir azərbaycanlıdan nə istəyirsiniz? Beləliklə, mənə kömək etdi, Hərbi Akademiyaya qəbul oldum. Mənim generala gedən yolumun təməlinin qoyulmasında Heydər Əliyevin böyük rolu oldu. 

- O zamanlar Heydər Əliyev hərbi məktəbə tez-tez baş çəkirdi?

- Bəli demək olar ki, hər həftə “Bakinskiy Uçiliş” adlı hərbi məktəbə gəlib azərbaycanlılarla görüşürdü. Orada bir general Aleksandrov vardı. Heydər Əliyev gələndə qorxusundan qaçıb gizlənirdi. Çünki o, gələn kimi generalı yanına çağırıb deyirdi ki, de görüm burada neçə azərbaycanlı oxuyur. Aleksandrov deyirdi ki, məsələn əlli nəfər. Heydər Əliyev də deyirdi ki, onların sayı nə üçün yüz əlli deyil, əlli nəfərdir. Beləliklə o, bu cür tələblə Azərbaycan Ordusunun hələ o zamanlar təməlini qoydu. Hərbçilər yetişdi, inkişaf etdi və beləliklə də Cəmşid Naxçıvanski adına Hərbi Lisey yarandı. O zamanlar Zaqafqaziya Hərbi Dairəsində çıxışı zamanı Heydər Əliyev məsələ qaldırdı ki, Azərbaycanda nə üçün diviziya komandiri, general yoxdur. Bəs biz hərbçiləri necə öyrədək. O bildirirdi ki, mütləq Azərbaycanda heç olmasa 2-3 nəfər general olmalıdır. Böyük şəxsiyyət, böyük zabitdir. Böyük zabit isə böyük şəxsiyyətdir. Mənim üçün dünya miqyasında Heydər Əliyev nadir bir siyasətçi olub. O, heç zaman xalqa xidmət edən şəxsləri yadından çıxarmayıb. Yaxşı kadrları həmişə irəli çəkib. Əgər hər hansısa bir şəxs, Azərbaycan üçün çalışıbsa, bir dəfə səhvi olanda Heydər Əliyev onu bağışlayardı. Onun böyüklüyü də elə bu idi.

- Azərbaycan ordusunun indiki vəziyyətindən bir general kimi razısınızmı?


- Bünövrəsi ulu öndər tərəfindən qoyulan ordumuz, elə bir səviyyədədir ki, istənilən an Qarabağı azad edə bilərik. Əgər Ali Baş Komandan bu saat əmr versə ki, Qarabağ uğrunda döyüşlər başlasın, general kimi 100 faiz bildirirəm ki, bizim ordu qısa müddətdə prezidentin əmrini yerinə yetirib, torpaqları azad edəcək. Eyni zamanda, ordumuzun maddi, texniki təminatı bu gün yüksək səviyyədədir. Azərbaycanın hərbi sənayesinin buraxdığı silah və sursatlar beynəlxalq sərgilərdə müzakirə olunur. Bu yaxınlarda Naxçıvanda keçirilən təlimlər göstərdi ki, Azərbaycan Ordusu daima inkişafdadır və böyük gücə malikdir. Təkcə Naxçıvanda deyil, eyni zamanda, digər hərbi hissələrin hamısında təlimlər keçirilir, əsgərlərimizin döyüş hazırlığı daima yüksəldilir. 

- Son zamanlar Müdafiə Nazirliyində ciddi kadr islahatı keçirilir. Buna münasibətiniz necədir?

- Müdafiə nazirimiz Zakir Həsənov qısa müddətdir vəzifəyə təyin olunmasına baxmayaraq, hesab edirəm ki, çox uğurlu fəaliyyət göstərib. Azərbaycan Ordusunun inkişafında böyük səylə çalışır. Naxçıvan təlimlərində onun şəxsən iştirak etməsi, cəbhə bölgəsində olan əsgərlərlə görüşməsi bütün bunlar böyük işlərdir. Orduda psixoloji mənəvi durumun yüksək olması qələbəyə aparan şərtlərdən ən öndə gələnləri sırasındadır. Bu baxımdan nazirin əsgərlərlə görüşməsi, zabitlərlə görüşməsi eyni zamanda, onlar da öz vəzifələrini dəqiq yerinə yetirmələri üçün məsuliyyət hissini də artırır. Müdafiə nazirinə qədər yüzlərlə komandirlər var. Əgər orduda hər hansısa bir kiçik problem varsa, bunun səbəbini həmin komandirlərdə axtarmaq lazımdır. Eyni zamanda, yoxlamaların aparılması, kadr islahatının keçirilməsi lazımlı haldır. Mən bir general kimi nazirimizin fəaliyyətindən razıyam və onu dəstəkləyirəm. Ulu öndərin davamçısı prezidentimiz İlham Əliyev də böyük şəxsiyyətdir. Cavan olmağına baxmayaraq, prezidentimiz dünyada böyük hörmətə sahibdir. Azərbaycanın bu gün inkişafı xarici dövlətləri məcbur edir ki, bizimlə hesablaşsınlar. Bu da bizim uğurumuzdur. 

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024