Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (20-06-2016, 17:44)
Cavid Hüseynov: 'Məni də bir övladınız bilin...'

Cavid Hüseynov: 'Məni də bir övladınız bilin...'

 

 

Jurnalist Rasim Əliyevin ölüm işi üzrə hər iki məhkəmə prosesi başa çatdı. Həmkarımızın ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum edildi.
Mediatv.az xəbər verir ki, Milli komandamızın və "Qəbələ"nin sabiq üzvü Cavid Hüseynov isə 4 il həbs cəzası aldı. Futbolçu Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olundu.
Artıq məhkəmə prosesi başa çatıb. Təbii ki, ictimaiyyəti də maraqlandıran məqamlar var.
Bu məqamlara aydınlıq gətirmək üçün Ölkə.Az Cavidin özünü danışdırmaq qərarına gəldi.
Vəkili vasitəsi ilə ünvanladığımız suallara hazırda məhbus həyatı yaşayan futbolçunun cavablarını təqdim edirik:
- Cavid, məhkəmə başa çatdı. Proses zamanı və ilkin ifadələrində özünü günahkar hesab etmədiyini deyirdin. Yenə eyni fikirdəsən?
- Bir Allah şahiddir ki, mənim bu hadisədə heç bir günahım olmayıb. Mərhum Rasim Əliyevlə hadisədən əvvəl telefonla danışaraq, aramızdakı anlaşılmazlığa son qoymuşduq. Mən onun görüşə çağırılmasını, döyülməsini istəməməmişəm. Ümumiyyətlə, heç vaxt zor tətbiq edilməsinin, problemlərin bu şəkildə həll olunmasının tərəfdarı olmamışam. Məni tanıyan hər kəs nə qədər sülh tərəfdarı, loyal insan olduğumu yaxşı bilir. Rasimlə danışdıq, bir-birimizi başa düşdük və bütün problemlər həll olundu. Amma təəssüf ki, bu hadisə baş verdi. İndi əlimizdən heç nə gəlmir. Kaş bütün bunlar baş verməyəydi.
 
- Təbii ki, məhkəmənin qərarını da ədalətsiz hesab edirsən...
- Yenə deyirəm ki, baş verən hadisədə mən günahkar deyiləm. Onların görüşməsini, vəziyyətin bu yerə çatmasını istəməmişəm. Hətta Elşənə onun bu məsələyə qarışmamasını dəfələrlə tapşırmışam. Bunu sübut edən faktlar da var. Təəssüf ki, məni dinləmədilər.
- Sən cinayəti bilib gizlətməkdə ittiham olunmusan...
- Vəziyyətin bu yerə gəlib çıxmasında qətiyyən marağım olmayıb. Hadisə baş verən gün xəstəxanada Rasimə ilk baş çəkənlərdən olmuşam. Şahidlər də təsdiqləyə bilər ki, görüşümüz xoş və zarafatlaşaraq keçib. Baş verən hadisəni də qınamışam. Aramızda heç bir problemin olmadığını oradakı hər kəs gördü. Bütün bunlar gizlində olmayıb ki. Hər şey yaxşı idi. Bilsəydim ki, mərhumun vəziyyəti pisləşəcək, bu hadisə baş verəcək gecə səhərə qədər xəstəxanadan ayrılmazdım, nə mümkündüsə edərdim. Bir insanın ölməsini inanın ki, istəməzdim. Mən özüm dindaram, Allahın yolunu tutmuşam. Günahsız bir insanın ölməsinə necə razı ola bilərdim? Qoy məhkəmə materialları çap olunsun, telefon danışıqları və yazışmalar ortaya çıxarılsın. Hər kəs də şahid olacaq ki, mənim Rasimin döyülməsi məsələsinə heç bir bağlılığım olmayıb. Bir işdən xəbərim yoxdursa, məlumatlı deyiləmsə, onu necə gizlədə bilərəm?
- Səncə Rasimin ölümündə həkimlərin günahı var?
- Həkim olmadığım üçün bu suala dəqiq cavab verə bilməyəcəm. Həmçinin orada nə baş verdiyini bilmirəm. Amma mən xəstəxanada olanda Rasim yaxşı idi. Hətta söhbət etdik, zarafatlaşdıq. Yəni belə bir hadisənin baş verəcəyi ağlıma belə gəlməzdi. Ola bilər ki, həkimlərin səhlənkarlığı olub. Rasimin ölümü indiyə qədər mənim üçün qaranlıq məqamlarla doludur. Ona görə də biz həkimlərin məhkəməyə gətirilməsini tələb etdik. Təəssüf ki, bu tələbimiz yerinə yetirilmədi. Mən təkcə öz günahsızlığımı sübut etmək üçün bunu istəmirdim. İstəyim o idi ki, Rasimin ölümünə səbəb olan məqamlar aydınlaşsın, günahsız bir insan ölümünə görə kimin günahı varsa, cəzasını alsın.
- Son olaraq Rasimin ailəsinə nə demək istəyirsən?
- İnanın ki, onlara müraciət etmək mənim üçün ən ağır məsələdir. O insanlar övladlarını, evin tək oğlunu itiriblər. Çox təəssüf edirəm ki, məndən asılı olmayan səbəblərdən bu işdə mənim adım hallanır. Buna çox üzülürəm. Bu məhkəmə də arxada qalacaq, bütün ağrı-acı və əzablara baxmayaraq, həyat davam edəcək. Amma Rasim olmayacaq, onun valideynlərinin, nişanlısının göz yaşları qurumayacaq. Mənim də övladım var. Onları elə yaxşı başa düşürəm ki. Mən şəhid övladıyam, doğma insanın itkisi nədir, yaxşı bilirəm. O boşluğu heç vaxt heç nə doldura bilmir. Çox təəssüf ...
Mən üzümü Rasimin valideynlərinə tutub deyirəm ki, mənim oğlunuzun ölümündə heç bir günahım yoxdur. Bir daha bəyan edirəm ki, bibimoğlu Elşənin Rasimlə görüşməsinə qarşı olmuşam. Mən Rasimlə danışıb dostcasına sağollaşmışdım. Hətta məni düz başa düşməyən bir insanla ortaq məxrəcə gəldiyimə və jurnalistlər arasında dostumun birinin də artmasına görə sevinirdim. Rasimin ölümünə mən də çox üzülürəm. Bu məsələdə adımın hallanmasına görə çox təəssüf edirəm. Üzümü Rasimin valideynlərinə tutub bunları demək istəyirəm: Bilirəm, sizin üçün Rasimin yerini heç kim tuta bilməz. Amma məni də bir övladınız kimi bilin... Bir insan, bir dost, bir övlad kimi hər zaman yanınızda olmağa hazıram. Qəbul etməsəniz də...

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024