Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (4-06-2016, 16:35)
Hadi Rəcəbli: ''Qəribədir ki, maddi imkanı yaxşı olan ailələr bir və ya iki uşağın olmasına üstünlük verirlər''

Hadi Rəcəbli: ''Qəribədir ki, maddi imkanı yaxşı olan ailələr bir və ya iki uşağın olmasına üstünlük verirlər''- MÜSAHİBƏ

 

 

"Bizdə boşanmaların çoxunun kökündə emosiyalar dayanır. "Sən mənə bunu dedin, belə baxdın, sosial şəbəkədə bunu yazdın" və bu kimi başqa yanaşmalar sonda boşanmalara gətirib çıxarır"
"Süni mayalanma nəticəsində bir atanın bir neçə övladı ola bilər və nəticədə onlar bilmədən evlənə bilərlər" 
Mediatv.az Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin “Report”a müsahibəsini təqdim edir:
- Statistikaya əsasən Azərbaycanda qız uşaqlarının sayı azalır. Bunun əsas səbəbi kimi nələri göstərmək olar?
- Tarixə və demoqrafik araşdırmalara nəzər salsaq, görərik ki, dünyaya gələn körpələrin həmişə 51 faizi oğlan, 49 faizi qız olub. Bioloji balansın belə olmasının səbəbləri bilinmir. Amma uşaqlar 18-20 yaşa çatanda cinslərin sayı bərabərləşir, yaş göstəricisi çoxaldıqca isə qadınların sayı çoxalır, kişilərin sayı azalır. Hazırda Azərbaycanda qadınların orta yaşı təxminən 76, kişilərin orta yaşı isə 72-dir.
Qız uşaqlarının dünyaya gəlməsinin qarşısının qeyri-qanuni yolla alınması məsələsinə gəlincə, Azərbaycan qanunvericiliyi selektiv, yəni döl və cinsin bilinməsi ilə bağlı abortu qadağan edir. Əsassız, səbəbsiz selektiv abort aparan həkim buna görə məsuliyyət, hətta cinayət məsuliyəti daşıyır.
Qız uşaqlarının dünyaya gəlməmiş öldürülməsinin səbəblərindən biri ailədə 2-dən çox övladın istənməməsidir. Müasir dövrün cavan ailələri ilk uşaq qız olanda ikinci övladın mütləq oğlan olmasını arzulayırlar. İkinci səbəb kimi kontraseptiv vasitələrdən ya düzgün istifadə olunmaması, ya da ümumiyyətlə istifadə edilməməsidir. Müasir kontraseptiv vasitələrdən istifadə etməklə hər bir ailə uşaqların dünyaya gəlmə vaxtını qərarlaşdıra və arzu etdikləri sayda övlad sahibi ola bilərlər. Müasir kontraseptiv vasitələr hamiləliyin planlaşdırılmasının ən sağlam yoludur.
- Selektiv abortun qarşısını almaq mümkündürmü?
- Öncə evlənməyi planlaşdıran cütlüklər maarifləndirilməlidir. Rəsmi nikaha girməmişdən əvvəl hər bir cütlüyə 1 ay müddət verilir. Bu zaman ərzində onlar kurs keçməlidirlər, yəni cütlüklər ailə qanunlarını öyrənməlidirlər. Bizdə boşanmaların çoxunun kökündə emosiyalar dayanır. "Sən mənə bunu dedin, belə baxdın, sosial şəbəkədə bunu yazdın" və bu kimi başqa yanaşmalar sonda boşanmalara gətirib çıxarır. 
Selektiv abortlarının qarşısını almaq üçün, həmçinin cəmiyyətdə çoxuşaqlılığı təbliğ etmək lazımdır. Qəribədir ki, maddi imkanı yaxşı olan ailələr bir və ya iki uşaqlarının olmasına üstünlük verirlər. Halbuki onlar daha çox övlad dünyaya gətirə bilər, onları daha yaxşı böyüdə, uşaqlarına gözəl həyat bəxş edə bilərlər.
Növbəti məsələ isə hüquqi bazanı gücləndirməkdir. Qanun selektiv abortlara qadağa qoyub, bu qanunun icrasına nəzarət olunmalıdır. Nəzarəti isə prokurorluq və ya digər hüquq-mühafizə orqanları edir. Təəssüf ki, selektiv abortlar qeydə alınmır, anaların bunu niyə etdiklərinin səbəbləri bilinmir.
Belə halların qarşısını güclə, inzibati qaydada almaq mümkün deyil. Yalnız təbliğat və maariflənmə işi aparılmalıdır.
- “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun əvvəlki illərdə sizin komitədə müzakirə olunurdu. Bu qanunu niyə qəbul etmək mümkün olmadı?
- Azərbaycanda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin qəbuluna ehtiyac var. Bu qanun ilk olaraqMilli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunurdu. Amma müəyyən səbəblərdən qanun qəbul olunmadı. Hazırda isə layihəyə Səhiyyə komitəsində baxılır. 
İlk dövrlərdə qanun layihəsinin qəbul olunmama səbəbləri müxtəlif idi. Birinci oxunuşda müzakirə olunarkən “donorluq” və “surroqat ana” anlayışları ciddi mübahisələrə səbəb oldu. Bu dini baxımdan qəbul olunmadı. Hazırda ölkədə süni mayalanmaya icazə verilir, amma “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanunda bu istiqamətdə məsuliyyətlər formalaşdırılıb.
Məsələn, "surroqat ana" məsələsində müəyyən problemlər yarana, övlad problemli doğularsa sifariş verən şəxs götürməz və ya dünyaya gətirən ana vermək istəməz kimi problemlər yarana bilər. Bu qanunla tənzimlənməlidir, qərar verən şəxslərin üzərinə məsuliyyətlər qoyulmalıdır.
- Qanunun qəbuluna mane olan amilləri obyektiv çətinliklər saymaq olarmı yoxsa bunlar daha çox subyektiv yanaşmalardır?
- Subyektiv səbəb kimi kütlə psixologiyasını götürmək olar, cəmiyyətin böyük bir hissəsi “donorluğu” və “surroqat ana”nı günah kimi qiymətləndirir. İl ərzində Azərbaycanda 80-90 min cütlük nikaha girir və onlardan 12-13 faizində sonsuzluq müşahidə olunur.
Sonsuzluğun səbəblərindən biri körpələrin və gənclərin sağlamlığının qorunmamasıdır. Daha çox qız uşaqları dəblə ayaqlaşmaq istəyir, açıq geyinir və nəticədə orqanizmdə soyuqdəymə və digər xəstəliklər yaranır. Bu da sonsuzluğa səbəb olur.
- Bu qanunun qəbulu məsələsində dini baxışların insan sağlamlığından önə keçməsini necə qiymətləndirirsiniz?
- “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi dini baxımdan ona görə qəbul olunmadı ki, İslamda qardaş və bacının nikahı qadağandır. Yəni İslam mədəniyyətinə və əxlaqına görə, embrionun bir bədəndən başqa bədənə köçürülməsi qəbul olunmur. Bu zaman genetik tərkib pozulur. Süni mayalanma nəticəsində bir atanın bir neçə övladı ola bilər və nəticədə onlar bilmədən evlənə bilərlər. Dini baxımdan bu yanaşma qəbul olunmur və etirazlar doğrudur. Bu məntiqdə də obyektiv nüanslar var. Onu da deyim ki, qərbi Avropa ölkələrində də qanunun bu hissəsi uzun illər mübahisəyə səbəb olub.
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024