Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (16-04-2015, 20:24)
Ağdamda sənaye şəhərciyi salınacaq - MÜSAHİBƏ

Allahverdi Əliyev: “Cəbhəyanı kəndlərdə fəaliyyət göstərən fermerlər kredit almaq üçün evlərini girov qoya bilmir”

2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması ilə əlaqədar bu il ölkəmizdə kənd təsərrüfatı sahəsinə diqqət artıb. Belə ki, bölgələrdə kənd təsərrüfatı sahəsindəki problemlərin həlli üçün müxtəlif istiqamətli proqram və layihələr həyata keçirilir ki, bu da aqrar sektorun inkişafında böyük canlanma yaranıb. Bu, hazırda ərazisinin 70 faizə qədəri Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Ağdam rayonunda da hiss olunur. Xüsusilə də rayonun işğal olunmayan ərazilərində yolqırağı əkilmiş yaşıl taxıl zəmiləri göz oxşayır.

Ağdam Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Allahverdi Əliyev “Həftə içi”nə müsahibəsində rayonda kənd təsərrüfatının mövcud durumundan danışıb:

- Rayon ərazisində 41 min hektara yaxın əkin sahəsi var. Bu il 18 min hektara yaxın dənli bitki əkilib, onun 15 min hektarı isə buğdadır. Əkin sahələrində aqrotexniki tədbirlər aparılıb, gübrələr verilib. Zərərvericilərə qarşı vaxtlı-vaxtında mübarizə tədbirləri aparılır. Rayon ərazisində “KRAY-ko”MMC adlı iri taxılçılıq təsərrüfatı fəaliyyət göstərir. Eləcə də iri fermer təsərrüfatlarının yaradılması barədə işlər görülür.

“Kənd təsərrüfatı ili” ilə bağlı rayonda hansı dəyişikliklər gözlənilir?

- Ölkə başçısının bu fərmanını hər birimizin ürəyincədir. Ümid edirik ki, bu fərmandan sonra ölkədə kənd təsərrüfatının inkişafı sürətləndiriləcək. “Kənd təsərrüfatı ili” ilə bağlı rayon ərazisində 46 min ağac əkilib. Bunun 15 minindən çoxunu meyvə ağacları təşkil edir. Yəni rayon ərazisində meyvəçiliyin də inkişafına ciddi fikir verilir. Yeni plantasiyalar üçün hazırlıq işləri görülür. Artıq kooperasiyaların, kooperativlərin yaradılması üçün xüsusi maarifləndirmə işləri aparılır.

- Əkin sahələrinin suvarılması sahəsində su təchizatı nə yerdədir?

- Su təchizatı sahəsində heç bir problem yoxdur. Bu il 20 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib. Rayonda heyvandarlığın da inkişafına xüsusi diqqət yetirilir. Ərazimizdə “Qara inək” kəndli fermer təsərrüfatı fəaliyyət göstərir. Lizinq yolu ilə cins mal-qaraların alınması davam edir. Eləcə də süni mayalanma genişləndirilir. Artıq iribuynuzlu mal-qaranın sayı 39 min 183 başdır. Bu isə keçən illə müqayisə də 1037 baş artıq deməkdir. Eləcə də xırdabuynuzlu qoyun və keçilərin sayı 105 min 430 başa çatdırılıb, bu keçən illə müqayisədə 349 baş artıqdır. Ət və süd və yumurta istehsalında da artım müşahidə olunub. Bu ilin birinci rübündə olan məlumata görə, rayonda 1024 ton ət, 8264 ton süd məhsulu və 2303 ədəd yumurta istehsal olunub.

- Rayonda kənd təsərrüfatı texnikasının təchizatı nə yerdədir? Əkin sahələrində traktor və kombayn maşınlarının çatımazlığı müşahidə olunurmu? Fermerlər öz torpaq sahələrində texnikanın gücü ilə vaxtlı-vaxtında şumlanma, presləmə becərmə işləri apara bilirlərmi?

- Kənd təsərrüfatı naziri Heydər Əsədovun yaxından köməkliyi nəticəsində rayon “Aqroserviz” filialına kombaynlar verilib. Bu da biçinin normal aparılmasını təmin edir. Rayonda texnika sarıdan heç bir problemimiz yoxdur. Bütün fermerlər və sahibkarlar vaxtlı-vaxtında texnikanın gücündən istifadə edə bilirlər. Eləcə də gübrə sarıdan heç bir problemimiz yoxdur. Servisin xətti ilə gübrələr 60-70 faiz güzəşli qiymətlə əkinçiliklə məşğul olan sahibkarlara və fermerlərə satılır. Üstəlik təsərrüfatla məşğul olan insanlara subsidiyalar verilir.

- Fermerlərin, sahibkarların kredit təminatında hansı problemlər var?

- Ağdam döyüş bölgəsi olduğundan cəbhəyanı kəndlərdə fəaliyyət göstərən fermerlər kredit almaq üçün evlərini girov qoya bilmirlər. Bu səbəbdən də banklardan böyük məbləğdə kreditlərin alınmasında çətinliklər yaranır. Artıq ölkəmizdə xaricdən gətirilmiş məhsullar yerli məhsulları sıradan çıxarır. Bir sözlə, fermer və sahibkarlar yerli bitki sortlarının əkilib, becərilməsinə yox, tez məhsul verən xarici bitki sortlarına üstünlük verilir. Biz isə çalışırıq ki, rayonda əsasən yerli bitki sortları əkilsin və buna da nail ola bilirik. Belə ki, bu il yazlıq əkinlərində 1675 hektar yerli tərəvəz bitkisi, 450 hektar kartof əkilib. Ümumiyyətlə, bu il 2400 hektar ərazidə soğan, kələm və digər tərəvəz bitkiləri əkiləcək. Əkilən birkilərə isə aqrotexniki qaydada düzgün qulluq göstərilir. Gələcəkdə rayon ərazisində istilikxanaların, yaşıl marketlərin salınması da nəzərdə tutulub. Rayon ərazisində 91 min əhali yaşayır. Çalışırıq ki, sakinlərimizi yerli istehsal olunan təmiz meyvə-tərəvəz, göyərti, ət və süd məhsulları ilə təmin edək. Becərilən məhsullara isə mütəxəssislər nəzarət edir.

- Kənd təsərrüfatı rayonu olan bölgələrdə son illər aqrar-sənaye kompleksinin inkişafına da maraq artıb. Bəs Ağdamda bu istiqamətdə hansısa işlər görülürmü?

- Bu sahəyə diqqət artırılıb. Belə ki, ərazidə sənaye şəhərciyinin salınması üçün 20 hektar torpaq sahəsi ayrılıb. Həmin ərazidə xalçaçılıq, ət və süd emalı zavodu, suların qablaşdırılması zavodu, bazar, müasir tələblərə cavab verən mal-qara təsərrüfatının, eləcə də ticarət mərkəzinin yaradılması nəzərdə tutulmaqla, gələcəkdə 600-ə qədər yeni iş yerləri açılacaq. Hazırda “2014-2018-ci il Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Ağdam rayon ərazisində torpaqları inventarzasiya edirik. Bu barədə rayon icra hakimiyyətinin başçısı göstəriş verib. Əkilib-becərilməyən torpaqları əkin dövriyyəsinə daxil etmək üçün əkinlə məşğul olmayan adamların əlindən alınacaq.

Rayonda meyvə və tərəvəz bitkiləri çox istehsal olunur. Amma onların saxlanılması üçün soyuducu anbarlar yoxdur. Bunun tikilməsi üçün girov qoyulmalıdır, o da bizim imkanımız xaricindədir. Soyuducu anbarların tikilməsində dövlət bizə dəstək versəydi daha yaxşı olardı.

Qələndər Xaçınçaylı

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024