Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (13-03-2014, 17:32)
Əkrəm Əylisli: “Nobel Lenin mükafatı deyil ki, ölkənin rəyi soruşula...”

Yazıçı Əkrəm Əylislinin 2014-cü il Nobel sülh mükafatına namizəd kimi göstərilməyi ölkədə gündəm yaradıb.

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bu namizədliyi mənfi qarşılayıb və buna qarşı çıxıb: “Axı onun əsəri mükafata layiq deyil! Nəinki layiq deyil, hətta biədəb əsərdir. Görünür, onun namizədliyini irəli sürən ictimai xadimlər də, elə Əkrəm Əylislinin tayıdır”.
Buna baxmayaraq, bir çox ədəbiyyat adamları Əkrəm Əylislini mükafata ən yaxşı namizəd kimi qiymətləndirirlər. 
Məsələ ilə bağlı yazıçı Əkrəm Əylisli Hafta.az-ın bir neçə sualını cavablandırıb: 
- Namizədliyinizə kimlər, necə münasibət göstərdi?
- Bu tez-tələsik müzakirə ediləcək bir məsələ deyil. Yəni bu, ümumiyyətlə, müzakirəlik məsələ deyil. Mətbuatda yazıblar ki, namizədliyi ermənilər verib, kimlər verib... Amma namizədliyi heç vaxt xalqlar təqdim etmir. Bunu tanınmış adamlar, ictimai xadimlər irəli sürür. Burada ölkənin fikri-filanı bir rol oynamır. Nobel Lenin mükafatı deyil ki, ölkənin rəyi mütləq soruşula...
- Özünüzü nə dərəcədə şanslı hesab edirsiz?
- Bu namizədlik üçün çoxlu adam təklif olunub. Bunlardan hansı olacaq, hansı qazanacaq, qazanmayacaq məlum deyil. 
- Əsərin Nobel mükafatı səviyyəsində tanınacağını gözləyirdiz?
- Mən öz əsərimi humanizm nöqteyi-nəzərindən təsvir etmişəm. Bu da nəticədə özünü göstərir. Bunu nə siyasət üçün, nə də mükafat üçün yazmışam. Əgər yazıçılıqda fikirləşirsən ki, yazıram mükafat alım, bu, çox gülünc söhbətdir. Kim layiqdirsə, mükafat ona da veriləcək. 
- Namizədliyinizi təqdim edənlər haqda nə deyə bilərsiz?
- Müraciətə 13 nəfər imza atıb. Onlardan yalnız birini - Andrey Bitovu şəxsən tanıyıram. Yerdə qalanlar isə çox ciddi alimlərdir. Mətbuatda gedib ki, bunu erməni mənşəli şəxslər imzalayıb. Məsələni yalnız bu formada təqdim etmək olmaz. Bu, artıq dezinformasiyadır. Düzdür, imzaların içində mən erməni imzası da görmüşəm, amma onu şəxsən tanımıram. Ümumilikdə, məlumat mətbuata necə sızdırılıb bilmirəm. Kim yayıb, necə yayıb, niyə yayıb bunu da bilmirəm. 
- Mükafatı qazansaz, sizcə buna reaksiyalar necə olacaq?
- Buna necə münasibət göstəriləcək, bu, necə qəbul ediləcək bunlar sonranın söhbətidir. Bu sadəcə, bir təqdimatdır. Belə bir məsələ olsa, istərdim ki, mükafatı almağıma xalqımla birgə sevinim.
- Azərbaycanda sizdən başqa Nobel mükafatına namizəd kimi görürsüz?
- Həmin komitədə siyasi məqamlar olur, ya olmur bunu deyə bilmərəm. Bu işlə İsveç alimləri, ictimai xadimlər və digər ciddi alimlər məşğul olur. Əgər Azərbaycan ədəbiyyatından buna kimsə nail olacaqsa, olacaq. Nobel bir çox məşhur və böyük yazıçılara verilib. İndiki Azərbaycan ədəbiyyatını bu miqyasda yazıçıların yazdığı əsərlərlə müqayisəli şəkildə götürsək, bizdə elə bir bədii əsər yoxdur. Mən yalnız bunu deyə bilərəm. 
Məlumat üçün deyək ki, Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Əkrəm Əylislinin «Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi» vurğulanır. 
Əkrəm Əylisli ötən ilin fevral ayında qalmaqallı “Daş yuxular” romanından sonra “xalq yazıçısı” fəxri adından və prezident təqaüdündən məhrum edilib. 
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024