Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (18-09-2014, 16:51)
Tək yatıb, tək durmaqdan bezdirmisən otağı

Tək yatıb, tək durmaqdan bezdirmisən otağı

Siz insanlar arasında sıxılırsınız. Tək qalmağı sevirsiniz. Onlarla ünsiyyət qurmağa çətinlik çəkirsiniz… Siz asosialsınız

 

Kulis.az ancaq tənhalığı  sevən insanların başa düşəcəyi 20 şeyi təqdim edir.
 
Siz evdən çıxmağa hazırlaşırsınız, lakin dəhlizdə qonşuların səsini eşidirsiniz, gözləyirsiniz ki, onlar dağılışsın, sonra çıxasınız.
 
Həftə sonları – sizin heç bir planınızın və məsuliyyətinizin olmadığı günləri necə də sevirsiniz.
 
Meşənin ortasında tək ev – bura məzuniyyətinizi keçirməyiniz üçün ideal məkandır.
Seriallar - ən yaxşı dostlarınızdır.
 
Harasa tək səyahət etməyi planlaşdırmaqdan gözəl heç nə yoxdur.
 
“Əşi, kafedə necə tək oturmaq olar?”- deyəndə siz təəccüblənirsiniz. Yemək? Əla! Kitab? Əla! Söhbətin olmamağı? Əla!
 
Sizin evlənəcəyiniz adam da sizin kimi tənhalığı sevməlidir.
 
Əlbəttə, dostlarla içmək yaxşı ideyadır. Amma, bir dəqiqə! Burda hardasa bir şüşə şərab olmalıydı axı... Siz başa düşdünüz!
 
Çox da tanımadığınız birinin zəng edib görüşü ləğv etməsindən gözəl nə ola bilər? “Təşəkkürlər, Tanrım!” – ancaq belə demək olar.
 
İnternet – bu təkcə hobbi deyil, bu həyat tərzidir.
 
Yağışlı havadan gözəl nə ola bilər? Qoy leysan yağsın, sel gəlsin. Bax o zaman evdə oturub kitab oxumaq üçün gözəl səbəb tapılar.
Siz insanlarla nəyisə danışırsınızsa, o zaman onlarla ayrı-ayrılıqda ünsiyyətdə olmaq istəyirsiniz. Sizi nə qədər az adam dinləsə, o qədər yaxşıdır.
 
Mağazalarda inadkar konsultantların olmamağı – böyük hədiyyədir.
 
İdeya! Hamı üçün həftəsonu möhtəşəm planlar qura bilərsən, amma özün üçün ən yaxşısı evdə tək qalmaqdır.
 
Siz həmişə gedəndə ümid edirsiniz ki, sizi heç kim görmür.
 
Qızıl qayda: otaqdan çıxma!
 
Sizin kiminsə dəvətinə niyə vaxtında cavab verə bilmədiyinizə görə bəhanə tapmaq məharətiniz var.
 
Kiminləsə liftdə qalxdığın vaxt - ən dözülməz zaman kəsimidir.
 
Çimərlikdə tək uzanmaq  - sizin şəxsi cənnətinizdir.
 
Sizdə belə bir hiss var ki, kimsə sizə toxunanda, yer aralanır və siz içinə girirsiniz.
шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024