Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (8-09-2014, 16:22)
Bərbad gimnaziya: dərs başlayır, direktorsa Türkiyədə dincəlir – Şikayət

“Təhsil Nazirliyinin tabeçiliyində olan Respublika İncəsənət Gimnaziyasının uzun illərdir bərbad vəziyyətdə olması tələbə və valideynləri narahat edir. Gimnaziyanın yardımçı binasının sökülməsi ilə 200 nəfərdən çox müəllim otaqsız qalıb. Yeni dərs ilində onların harada dərs keçəcəyi də bilinmir. Ancaq gimnaziyanın direktoru Mahizər Şabanbəyovanı nə gimnaziyanın, nə də müəllimlərin vəziyyəti qətiyyən maraqlandırır”.


Bu sözləri Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında təhsil alan tələbələrin valideynləri və müəllimlər Axar.az-a göndərdikləri şikayət məktubunda qeyd ediblər. Valideynlər yeni dərs ilinin başlamasına bir neçə gün qalmasına baxmayaraq, gimnaziyanın vəziyyətinin bərbad olduğunu deyirlər. Onların sözlərinə görə, ötən dərs ilinin sonunda gimnaziyanın yardımçı binasının sökülməsi və 200-dən çox müəllimin otaqsız qalması onları narahat edir.

Valideyn və müəllim heyəti məktubunda qeyd edir ki, bununla bağlı dəfələrlə gimnaziyanın direktoru ilə əlaqə saxlamağa çalışıblar:

“Bir müddət öncə gimnaziyanın yardımçı binası sökülüb. Sökülən binada 80 nəfər teatr və 150 nəfər rəssamlıq şöbəsinin müəllimi çalışırdı. Yeni dərs ilinin açılmasına bir neçə gün qalmasına baxmayaraq, hələ də müəllimlərin hansı sinif otaqlarında işləyəcəyi, nə qədər dərs yükü ilə təmin olunacaqları haqqında heç bir məlumat verilməyib. Direktorun özü ilə hələ də danışa bilməmişik. Köməkçisi hər zəng etdiyimizdə onun Təhsil Nazirliyinə çağırıldığını deyir.

Sonradan öyrəndik ki, 69 yaşlı Mahizər Şabanbəyova Türkiyədə istirahətdədir. Onu nə gimnaziyanın bərbad vəziyyəti, nə də 200-dən çox yaradıcı müəllimin durumu maraqlandırır”.

Məktubun sonunda gimnaziyanın müəllim və valideyn heyəti ümidlərinin ancaq təhsilə diqqət və qayğısını əsirgəməyən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya olduğunu qeyd edirlər. 
- See more at: http://axar.az/news/28847#ad-image-8


Bərbad gimnaziya: dərs başlayır, direktorsa Türkiyədə dincəlir
Bərbad gimnaziya: dərs başlayır, direktorsa Türkiyədə dincəlir
Bərbad gimnaziya: dərs başlayır, direktorsa Türkiyədə dincəlir

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024