Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Mədəniyyyət (10-11-2017, 09:09)
Azərbaycanlı rəssamın əsəri Fransada birinci oldu - FOTO

Azərbaycanlı rəssamın əsəri Fransada birinci oldu - FOTO

 

Parisin yaxınlığında yerləşən Bulon-Biyankur şəhərində "Beaux-Arts" Cəmiyyətinin payız sərgisində azərbaycanı rəssam Məryəm Ələkbərlinin əsəri mükafata layiq görülüb.

Mediatv.az Report-un Fransa bürosuna istinadla məlumat verir ki, Məryəm Ələkbərlinin "Rosemarie çimərliyi" adlı əsəri sərgidə yer alan rəsm əsərləri içərisində ən yaxşı əl işi elan edilib.

Azərbaycanlı rəssam bu əsərini qeyri-standart ölçüdə (250/180) böyük ustalıqla ərsəyə gətirib. O, möcüzə dolu təbiət mənzərəsini kətan üzərinə canlı rənglərin improvizasiyası ilə, yüksək peşəkarlıqla köçürüb.

Təbiət mövzusuna həsr edilmiş sərgidə 60-a yaxın rəssam, heykəltəraş və fotoqrafın təbiətin ən ağlasığmaz möcüzələrini əks etdirən əsərləri nümayiş etdirilir. Sərgi noyabrın 22-dək davam edəcək.

Qeyd edək ki, "Beaux-Arts" Cəmiyyətinin əsası Fransanın tanınmış rəssam və heykəltaraşı, Parisdə ucaldılan bir sıra bürünc heykəllərin müəllifi Marsel Loyu tərəfindən 1934-cü ildə qoyulub.

 

 



Reklam
Xəbər lenti
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı