Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Mədəniyyyət (3-11-2017, 11:10)
Ofeliya Sənani: Biz diktorlar bu yaşda yetim qaldıq - FOTO

Ofeliya Sənani: Biz diktorlar bu yaşda yetim qaldıq - FOTO

 

“Rafiq Hüseynov gözəl səsi, gözəl ürəyi olan əvəzolunmaz diktor idi”.

Mediatv.az-ın APA-ya istinadla xəbərinə görə, bunu Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimində jurnalistlərə Ofeliya Sənani deyib.

“Rafiqin yoxluğu mənim üçün çox çətindir. Rafiq bizim əzizimiz, yaxın məsləhətçimiz, əla dostumuz idi. Biz diktorlar bu yaşda yetim qaldıq. Onun məsləhətinə hər zaman ehtiyacımız var. Xəstə ola-ola bizə öz məsləhətlərini verirdi. Heç kəs məndən inciməsin, amma onun kimi diktor olmayacaq. Rafiq Hüseynova təklif etmişdilər ki, Moskvada işləsin. Ev də, yüksək maaş da verirdilər. Rafiq razı olmadı. Demişdi ki, Azərbaycandan kənarda qala bilmərəm. Rafiqlə bir yerdə çoxlu verilişlər aparmışam. 30 il bir yerdə işləmişik. Allah onu o qədər çox istəyir ki, vida mərasiminin keçirilməsi televiziyanın yubileyi ərəfəsinə düşdü”, - deyə o bildirib.

Xalq artisti Şərqiyyə Hüseynova isə Rafiq Hüseynovun timsalında müəllimini itirdiyini deyib:

“Əziz dostumuzu, qardaşımızı, müəllimimizi itirmişik. Baxmayaraq ki, yaş fərqimiz azdır, amma hesab edirəm ki, ulu bir insanı itirmişəm. Çox gözəl dost, bizim hamımıza arxa-dayaq idi. Əlli il bir yerdə idik. Ona görə də Rafiq Hüseynovu itirmək çox ağırdır”.

 



Reklam
Xəbər lenti
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı