Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (2-11-2017, 16:30)
Fədayə Laçın apellyasiya şikayəti verməkdən imtina etdi

Fədayə Laçın apellyasiya şikayəti verməkdən imtina etdi

 

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Penitensiar Xidmət əməkdaşları, müğənni Fədayə Laçın və digərləri, barələrində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün apellyasiya şikayəti verməyiblər.

Mediatv.az-ın APA-ya istinadla xəbərinə görə, onlar şikayət vermək hüququndan imtina ediblər.

Xatırladaq ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə ötən gecə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Bir neçə gün əvvəl məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər  barəsində həbs-qətimkan tədbiri seçilib.

Bundan başqa, Penitensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024