Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (6-10-2017, 13:03)
“Qara Volqa”nın rejissoru: Şəmiylə Şöşü cəmiyyətimizə nə verəcək?

“Qara Volqa”nın rejissoru: Şəmiylə Şöşü cəmiyyətimizə nə verəcək?

 

“İşləmək, kino çəkmək istəyirəm. Bununla bağlı dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişəm. Təəssüflər olsun ki, bizə film vermirlər”.

Mediatv.az xəbər verir ki, bu sözləri “Qara Volqa” filminin quruluşçu rejissoruElşən Məmmədov Qafqazinfo-ya müraciətində deyib. Onun sözlərinə görə, hər dəfə film çəkmək üçün müraciət etdikdə, nazirlik büdcədə kifayət qədər pulun olmadığını bildirir: “30 ilə yaxındır ki, kino sahəsində çalışıram. 100-ə yaxın sənədli film, 1994-cü ildə isə “Qara Volqa” filmini çəkmişəm. Heç olmasa, 3 ildən bir bizə də bir film versinlər, çəkək. Mənim peşəm budur. Hazırda kinostudiya bərbad vəziyyətdədir.

Deyirlər, gənclərə yol veririk, amma bu, o demək deyil ki, biz - kinonun içində böyüyən insanlar kənarda qalmalıdır. Bu gün “Bozbaş”ın bayağı obrazları dillərdən düşmür. Şöşüdü, Şəmidi, Fəlakətdi... Bunlar bizim gələcəyimizə, cəmiyyətimizə nə verəcək? Heç nə. Onlar sabun köpüyü kimi bir şeydir”.

Elşən Məmmədov onu da qeyd edib ki, aprel hadisələri ilə bağlı film çəkmək istəyib. Bununla bağlı xeyli şəxslə görüşsə də, dəstək olan olmayıb.

Qeyd olunan məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024