Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (23-09-2017, 16:41)
“Emmi” mükafatının qalibləri məlum oldu - FOTO

“Emmi” mükafatının qalibləri məlum oldu - FOTO

 

“Emmi” mükafatının nominantları iyul ayında açıqlanıb. 69-cu mükafatlandırma mərasimi 17 sentyabrda Los-Ancelesdə baş tutub.

Mediatv.az Reuters-ə istinadən xəbər verir ki, “The Handmaid's Tale” serialı əsas mükafata sahib olub. Həmin serialda baş rolu ifa edən Elizabet Moss “Dram janrında ən yaxşı aktrisa” nominasiyasında qalib gəlib.

“Veep” “Ən yaxşı komediya serialı”, aktrisa Culiya Luis-Dreyfus isə 6-cı dəfə bu janr üzrə “Ən yaxşı aktrisa” seçilib

“Dram janrında ən yaxşı aktyor” mükafatına “This Is Us” serialında rol alan Sterlinq Braun, “Komediya serialı üzrə ən yaxşı aktyor” mükafatına isə “Atlanda” serialında rol alan Donald Qlover layiq görülüb.

“İlin ən yaxşı mini serialı” “Big Little Lies” seçilib, həmin serialda çıxış edən Nikol Kidman isə “Mini serialda ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Bu janrda ən yaxşı aktyor “The Night Of” serialında rol alan Riz Əhməd seçilib.

“Komediya serialında ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Saturday Night Live” şousunda ABŞ prezidenti Donald Trampı parodiya etdiyinə görə Alek Bolduin qalib gəlib. Həmin şouda Hillari Klintonu parodiya edən Keyt Makkinnon isə “İkinci planda ən yaxşı aktrisa” nominasiyasında qalib olub.

“Emmi” mükafatı ABŞ-da televiziya serialları və şouları üçün verilən ən nüfuzlu mükafat hesab olunur.

 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024